Icma.az
close
up
RU
“Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? Hüquqşünas açıqladı

“Mehdiyev işi” genişlənir: Paşazadələri nə gözləyir? Hüquqşünas açıqladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, araşdırmaçı jurnalist Cavanşir Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin ailəsi ilə iş adamı Mübariz Mənsimov arasında mümkün əlaqələr barədə sensasion iddialar irəli sürüb.

Sitat:

“Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti öz səhmlərini Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Maltadakı MP TRADE SHIPPING LIMITED şirkətinə keçirib”.

Bununla yanaşı, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun hazırda həbsdə olan sabiq PA rəhbəri Ramiz Mehdiyevlə gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.

Bu məlumatlar təsdiqlənərsə, Paşazadələri nə gözləyir? Mübariz Mənsimov “Mehdiyev işi”nə görə istintaqa cəlb edilə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Əliyev deyib ki, məlumatda söhbət birbaşa Allahşükür Paşazadənin özündən deyil, oğlu Məhəmməd Paşazadənin Maltada qeydiyyatda olan MP Trade Shipping Limited adlı şirkəti ilə Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SIX şirkəti arasında iddia edilən səhmdar münasibətlərindən gedir:

“Bu məqam hüquqi baxımdan prinsipialdır, çünki məsuliyyətin subyekti də məhz fiziki və ya hüquqi şəxs olaraq düzgün müəyyən edilməlidir. İkincisi, Azərbaycan hüquq təcrübəsində media və ya jurnalist araşdırmalarında səslənən bu tip məlumatlar nadir hallarda istintaq araşdırmasının predmetinə çevrilir. Cinayət-prosessual qanunvericilik formal olaraq buna imkan versə də, real müstəvidə belə araşdırmaların başlanması birbaşa siyasi iradədən asılı olur. Yəni hüquqi mexanizmlər mövcuddur, lakin onların işə düşməsi selektiv xarakter daşıyır. Əgər iddia olunan faktlar rəsmi sənədlərlə təsdiqlənsə, nəzəri olaraq aşağıdakı hüquqi istiqamətlər üzrə araşdırma predmeti yarana bilər:

* Gizli benefisiar sahiblik (şirkətin real sahibinin gizlədilməsi);

* Vəzifəli şəxslərin ailə üzvlərinin kommersiya fəaliyyətində imtiyazlı mövqe əldə etməsi (əgər dolayı təsir sübut olunarsa);

* Ofşor yurisdiksiyalar vasitəsilə maliyyə şəffaflığının pozulması;

* Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ehtimalı (yalnız sübutlar olarsa). Lakin vacib hüquqi nüans budur ki, dini vəzifə daşıyan şəxsin ailə üzvünün biznes fəaliyyəti avtomatik olaraq cinayət tərkibi yaratmır.

Cinayət məsuliyyəti yalnız:

* vəzifədən birbaşa və ya dolayı sui-istifadə;

* təzyiq, himayəçilik və ya məcburetmə mexanizmləri sübut edildikdə yarana bilər. Mübariz Mənsimovun “Mehdiyev işi” kontekstində istintaqa cəlb olunması aşağıdakı hallarda halda hüquqi əsas qazana bilər:

O, qanunsuz proseslərin iştirakçısı olubsa və bunu sübut edən faktlar varsa; Yaxud əksinə, payların ötürülməsi təzyiq və ya qeyri-rəsmi göstərişlər nəticəsində baş veribsə, bu halda o, hüquqi baxımdan zərərçəkən və ya şahid kimi cəlb oluna bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri