Icma.az
close
up
RU
Con Patterson: Britaniya Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir AZƏRTAC

Con Patterson: Britaniya Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 noyabr, Aytən Abbaslı, AZƏRTAC

“Britaniyanın Baş naziri Kir Starmerin COP29 çərçivəsində Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir”.

Bu sözləri Britaniya Ticarət Palatasının Azərbaycan bölməsinin sədri Con Patterson AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib. Con Patterson Baş nazirin Bakıya səfərini yüksək qiymətləndirib:

“Baş nazir Kir Starmerin Azərbaycana gəlməsi böyük əhəmiyyət kəsb edir. O, Böyük Britaniyanın emissiya hədəfləri barədə çox açıq şəkildə danışdı. Bu, həm Böyük Britaniya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini, həm də bu əməkdaşlığın davamlı inkişafını göstərir”, - deyə o, qeyd edib.

C. Patterson vurğulayıb ki, Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl texnologiyalara və təcrübəyə malikdir. O qeyd edib ki, Azərbaycanın günəş enerjisi potensialı çox böyükdür və bu sahədə Britaniya şirkətləri texnoloji həllər təqdim edərək Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə dəstək ola bilər:

“Azərbaycan günəşli ölkədir və günəş enerjisindən istifadə çox əlverişlidir. Bundan başqa, hidroenerji potensialı da yüksəkdir. Britaniya şirkətləri bu sahələrdə lazımi dəstəyi göstərə bilərlər”.

O deyib ki, artıq COP29 çərçivəsində Böyük Britaniya və Azərbaycan şirkətləri arasında bir sıra razılaşmalar imzalanıb. Con Patterson həmçinin COP29-un Azərbaycan üçün böyük uğur olduğunu vurğulayıb:

“Sammit çox qısa zaman ərzində mükəmməl təşkil edilib. Bu, Azərbaycan üçün qürurverici bir göstəricidir”,- deyə qeyd edib.

Britaniya-Azərbaycan Ticarət Palatasının həmsədri əlavə edib ki, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm tədbirlər keçirilir. O, Azərbaycanın bərpa olunan enerji potensialını inkişaf etdirmək üçün böyük imkanlara malik olduğunu və bu istiqamətdə Böyük Britaniyanın dəstəyinin mühüm rol oynayacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see206

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see123

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri