Icma.az
close
up
RU
Regionlararası əməkdaşlığın inkişafında yeni dövrün təməli

Regionlararası əməkdaşlığın inkişafında yeni dövrün təməli

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri təkcə ikitərəfli münasibətlərimizin deyil, bütövlükdə Avropa və Cənubi Qafqaz regionlararası əməkdaşlığının inkişafında keyfiyyətcə yeni bir dövrün təməlini qoydu. Tarixi əhəmiyyət kəsb edən bu səfər çərçivəsində dövlətimizin başçısı Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin, eləcə də Biznes Şurasının yaradılması barədə sənədlərin imzalanması münasibətlərimizi daha yüksək pilləyə qaldırdı. Bu sənəd münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirərək enerji, sənaye, investisiya, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, elm və innovasiya kimi istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın yol xəritəsini formalaşdırdı. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu gün Azərbaycanda 200-dən çox Almaniya şirkəti uğurla fəaliyyət göstərir. Keçirilən yüksək səviyyəli görüşlər və imzalanan birgə bəyannamələr göstərir ki, yaxın gələcəkdə qarşılıqlı sərmayə qoyuluşu artacaq və Almaniya biznesinin ölkəmizdəki iştirak dairəsi daha da genişlənəcəkdir. İcra olunacaq konkret fəaliyyət planları və yaradılacaq işçi qrupları əldə olunmuş razılaşmaların tezliklə real nəticələr verməsini təmin edəcək. Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan təbii qaz ixracını ardıcıl şəkildə genişləndirərək Avropa ölkələrinin etibarlı enerji tərəfdaşına çevrilib. Berlin danışıqlarında qeyd olunduğu kimi, artıq Almaniya da Azərbaycandan təbii qaz alan ölkələr sırasındadır. Bu fakt təkcə iqtisadi əməkdaşlığın deyil, həm də siyasi etimadın göstəricisi hesab olunur. Enerji təhlükəsizliyi bu gün Avropa üçün milli təhlükəsizlik məsələsinə çevrildiyi şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənir.
Berlin bəyanatının digər mühüm istiqaməti Orta Dəhlizin inkişafı ilə bağlıdır. Müasir beynəlxalq ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Almaniyanın logistika və sənaye potensialı ilə Azərbaycanın nəqliyyat infrastrukturu arasında əməkdaşlığın genişləndirilməsi Avropa–Asiya iqtisadi əlaqələrinin daha səmərəli təşkilinə xidmət edə bilər. Bu isə Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirir.
Azərbaycan uzun illər işğal altında qalmış torpaqlarını öz gücü ilə azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etmişdir. Torpaqlarımızı azad etdikdən sonra məhz ölkəmiz Ermənistana sülh təklif etmişdir. Bunun məntiqi nəticəsi olaraq, Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması faktiki olaraq 30 illik münaqişəyə nöqtə qoydu. Bu tarixi nailiyyətdən dərhal sonra Azərbaycan praktiki və humanitar addımlara başladı. Almaniya hökuməti də öz növbəsində danışıqlar prosesinə, xüsusən Xarici İşlər Nazirləri səviyyəsində görüşlərin təşkilinə ev sahibliyi edərək Cənubi Qafqazda sülhün bərqərar olunmasına qiymətli töhfələr vermişdir.
Bu il Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın və Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərləri Aİ-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirdi.
Prezident İlham Əliyevin Almaniyaya bu səfəri və səsləndirdiyi bəyanatlar bir daha göstərir ki, Azərbaycan etibarlı tərəfdaş, regionda sülhün və dayanıqlı inkişafın əsas zəmanətçisidir. İmzalanan sənədlər və formalaşan strateji dialoq həm iki ölkənin, həm də bütövlükdə regionumuzun və Avropanın rifahına xidmət edəcəkdir.

Anar Məmmədov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri