Icma.az
close
up
RU
Regionlarda çalışan məmurlar ailələrini niyə Bakıda saxlayır?

Regionlarda çalışan məmurlar ailələrini niyə Bakıda saxlayır?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Regionlarda təhsilin inkişafı ilə bağlı son illər nikbin rəqəmlər səslənir, strategiyalar açıqlanır, hesabatlarda irəliləyişdən danışılır. Amma bu rəqəmlər bölgələrin real həyatına eyni dərəcədə toxunmur. Statistik uğurla sosial reallıq arasında ciddi bir məsafə var və Yardımlı rayonu bu ziddiyyətin ən aydın göründüyü ünvanlardan biridir. Burada problem təkcə məktəb binası, yol, istilik, texnoloji imkanlar və ya müəllim çatışmazlığı, şagird azlığı deyil. Əsas problem təhsilin bölgədə gələcək vəd etməyən, formal bir mexanizmə çevrilməsidir.

Təhsilə münasibət bir bölgədə təkcə rəsmi hesabatlar və statistika ilə deyil, real davranışlarla ölçülür. Yardımlıya Bakıdan təyin olunan icra strukturlarında və hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxslər burada işləyir, lakin övladlarını bu bölgəyə gətirmir. Uşaqları Bakıda qalır, mərkəzi məktəblərdə və ya repetitor yanında təhsil alırlar.

Bu, sıradan şəxsi seçim deyil. Bu, Yardımlını idarə edənlərin Yardımlı məktəblərinə verdiyi səssiz, amma açıq və çox aşağı qiymətdir. Əgər bir rayonu idarə edənlər öz övladlarının gələcəyini idarə etdikləri bölgənin təhsilinə etibar etmirlərsə, burada problem təkcə məktəbdə yox, həmdə idarəetmə fəlsəfəsindədir. Təhsil yalnız dərsliklə deyil, nümunə ilə də formalaşır.

Bakıda yaşayan bəzi Yardımlı sakinləri övladlarının adını formal olaraq rayonun kənd məktəblərinə yazdırır. Kağız üzərində şagird var, sinifdə yox. Uşaq Bakıda repetitor yanındadır, amma statistikada Yardımlı məktəbinin “nailiyyəti” kimi göstərilir. Bu saxtalaşdırılmış mənzərə real problemləri gizlədir, məsuliyyəti isə aradan qaldırır.

Bu vəziyyət məktəblərin faktiki mənzərəsində daha da kəskin görünür. Bəzi kənd məktəbləri şagird olmadığı üçün bağlanıb. Digər tərəfdən isə elə məktəblər var ki, orada şagird sayından çox müəllim və inzibati işçi heyəti mövcuddur. Siniflər boş qalır, amma ştatlar doludur. Təhsil prosesi yox, struktur saxlanılır. Bu, sadəcə resurs israfı deyil, planlaşdırmanın iflasıdır…

Keyfiyyət problemini dərinləşdirən başqa bir ciddi məsələ isə bəzi məktəblərdə fənləri həmin fənnin ixtisas müəllimi olmayan şəxslərin tədris etməsidir. Müəllim çatışmazlığı adı altında bir müəllim bir neçə fənni “əvəzləyir”. Nəticədə dərs var, amma bilik yoxdur; proqram keçilir, amma mənimsənilmir. Bu şəraitdə şagirdin imtahanda zəif nəticə göstərməsi təəccüblü deyil - təəccüblü olan bu vəziyyətin illərlə normal sayılmasıdır…

İl 2026 olsa da, kənd məktəblərində qızların təhsildən kənarda qalması hələ də gündəmdədir. İllik hesabatlarda iki-üç qızın ali məktəbə qəbulunu uğur kimi göstərmək mümkündür, amma bu, ümumi mənzərəni dəyişmir. Çünki həmin rəqəmlərin arxasında yüzlərlə qızın təhsildən erkən ayrılması, gələcəyinin ailə və mühit basqısı altında məhdudlaşdırılması dayanır. Qızların təhsildən yayınması hələ də “normal” qəbul edilirsə, gələcəkdən danışmaq absurddur!..

Bir digər məsələ, Yardımlıda ali məktəbə qəbul ola bilməyən gənc üçün alternativ yol yoxdur. Peşə təhsili, sənətkarlıq, bacarıq mərkəzləri mövcud deyil. İstedadı olan gənc ya bölgəni tərk edir, ya da bacarığını itirir. Bu isə təkcə fərdi yox, ictimai itki deməkdir…

Çıxış yolu? - Əlbəttə, var.

Bu vəziyyətdən çıxış yolu kosmetik dəyişikliklərdə deyil. Bölgədə maarifləndirmə tədbirləri davamlı və məqsədli şəkildə aparılmalı, valideynlərə - xüsusilə qızların təhsili məsələsində - açıq və qəti mesajlar verilməlidir.

Eyni zamanda təhsilə real ictimai diqqət yaratmaq üçün ölkə səviyyəli tədbirlər, forumlar və təhsil layihələri məhz Yardımlıda keçirilməlidir. Region yalnız hesabatlarda yox, real təhsil gündəminin mərkəzində yer almalıdır.

Bununla yanaşı, peşə və sənət yönümlü hazırlıq imkanları yaradılmadan təhsildə irəliləyiş mümkün deyil. Ali məktəbə qəbul olmayan gəncin də cəmiyyətə qazandırılacağı alternativ yol olmalıdır.

Yardımlıda təhsil problemi sadəcə bir rayonun dərdi deyil. Bu, mərkəzlə region arasındakı münasibətin, sosial ədalətin və gələcək baxışın göstəricisidir. Problemlər etiraf edilmədən, sistemli yanaşma olmadan Yardımlıda məktəblərin qapıları bəlkə də açıq qalacaq, amma gələcəyə aparan yol yenə də bu qapılardan keçməyəcək!..

Dr. Şəhla Aslan,

Təhsilin idarə edilməsi üzrə fəlsəfə doktoru


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Yanvar 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri