Icma.az
close
up
RU
Türk dövlətləri arasında irəli sürülən hərbi əməkdaşlıq təşəbbüsü hər hansı dövlətə və ya birliyə qarşı yönəlməyib

Türk dövlətləri arasında irəli sürülən hərbi əməkdaşlıq təşəbbüsü hər hansı dövlətə və ya birliyə qarşı yönəlməyib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Prezident İlham Əliyev Qəbələdə - TDT Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsini və birgə hərbi təlimlərin keçirilməsini təklif edib. Prezident vurğulayıb ki, müasir dünyada təhlükəsizlik və güc əsas amilə çevrilib, bu, qarşılıqlı dəstək və müdafiə potensialının artırılması məqsədi daşıyır. Azərbaycanın mövqeyi güclü olmaqla yanaşı, ədalətə, məsuliyyətə və beynəlxalq sabitliyə sadiq qalmaqdır.

Bizimyol.info xəbər portalının suallarını Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev cavablandırıb.

Rizvan Nəbiyev

- Bildiyimiz kimi cənab Prezident yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə vacib məqamlara toxunub. Burada ən önəmli məsələlərdən biri də Türk dövlətləri arasında ortaq hərbi təlimlərin keçirilməsi məsələsidir. Bu mövzuda fikirlərinizi bölüşməyinizi istərdim.

- Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərlə müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində artıq ikitərəfli formatda müsbət və uğurlu təcrübəyə malikdir. Biz Türkiyə, Özbəkistan və Qazaxıstanla müxtəlif formatlarda birgə hərbi təlimlər keçirmişik və bu əməkdaşlıq öz səmərəsini verib. İndi məqsəd bu təcrübəni genişləndirərək ikitərəfli çərçivədən çıxarmaq və Türk Dövlətləri Təşkilatı səviyyəsində çoxtərəfli əməkdaşlıq müstəvisinə daşımaqdır. Prezident İlham Əliyev bu istiqamətdə mövqeyini ötən il TDT-nin Qəbələdə keçirilən sammitdə açıq şəkildə ortaya qoydu və 2026-cı ildə bu formatda əməkdaşlıq istiqamətində ilkin addımlardan olan birgə hərbi təlimlərin keçirilməsi istəyimizi bəyan etdi.

Bu təşəbbüsün arxasında dayanan əsas üstünlüklərdən biri Azərbaycanın qazandığı sülh və müharibədən sonrakı bərpa təcrübəsidir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslər göstərdi ki, Azərbaycan təkcə hərbi müstəvidə qələbə qazanmaqla kifayətlənmədi, eyni zamanda davamlı sülhün bərqərar olunması istiqamətində ardıcıl və prinsipial siyasət aparır. Prezident İlham Əliyevin ötən ilin sentyabrında BMT Baş Məclisində bəyan etdiyi “Azərbaycan müharibəni uddu və sülhü qazandı” formulasına əsaslanan təcrübəsi Türk dövlətləri üçün də ciddi özünəinam mənbəyidir. Azərbaycanın uğurları beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur, çünki bu uğurlar BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq əldə edilib.

- Azərbaycan–Türkiyə münasibətlərinin bir tarixi olsa da, “Şuşa bəyannaməsi” ilə münasibətlər fərqli bir səviyyə qazandı. İki qardaş ölkə arasındakı münasibətlərin gələcək əməkdaşlıq formatını necə dəyərləndirirsiniz?

- Azərbaycan-Türkiyə təcrübəsi çoxtərəfli formatda əməkdaşlıq üçün nümunədir. Azərbaycan qardaş Türkiyə ilə birgə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın institusional əsaslarını yaratmaqr üçün konkret addımlar atıb. 2021-ci ilin iyun ayında imzalanan "Şuşa bəynannaməsi" və 2025-ci ilin dekabr ayında Milli Məclisin ratifikasiya etdiyi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” bunun üçün hüquqi əsas yaradır.

Anlaşma memorandumu strateji müttəfiqlər Azərbaycan-Türkiyə arasında "Şuşa bəyannaməsi"ndə əks olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir. Bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.

Anlaşma Memorandumu həmçinin qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ində təsbit edilmişdir ki, “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Sözügedən Anlaşma Memorandumu da BMT nizamnaməsinə istinadı ehtiva edir, belə ki tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə də mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.

- Qəbələdə sammit keçirildi, müxtəlif məsələlər müzakirə edildi. Eyni zamanda müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusu da müzakirə edilən mövzulardan idi. Türk dövlətlərinin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı  və birgə əməkdaşlığı hansı çərçivədə və ya mərhələlərdə inkişaf etdirilə bilər? 

- Qəbələ sammiti TDT çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün dönüş mərhələsi ola bilər. 2025-ci ilin oktyabrında Qəbələdə regional təhlükəsizlik və sabitlik mövzusunda keçirilən TDT sammiti daha geniş platformada və çoxtərəfli formatda məhz bu məqsədlərə xidmət edirdi. Bu təşəbbüs Prezident İlham Əliyevin ideyası idi və hərbi sahə ilə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın da çoxtərəfli formatda reallaşdırılmasını gündəmə gətirildi. Məsələn, ötən il İstanbulda müdafiə sənayesinə cavabdeh qurumların birgə toplantısı keçirilib. Növbəti belə tədbirin bu il Bakıda təşkil olunması planlaşdırılır. Bu, əməkdaşlığın sistemli xarakter aldığını göstərir”.

Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya artıq dərinləşməkdədir. Hazırda təşkilat daxilində 35-dən artıq sahə üzrə əməkdaşlıq mövcuddur və bu siyahı davamlı şəkildə genişlənir. Hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrinin bu prosesə daxil edilməsi tamamilə məntiqlidir.

Türk dövlətləri arasında hərbi əməkdaşlıq ideyası coğrafi mövqe, mövcud geosiyasi şərait və ortaq maraqlardan irəli gəlir. Bu təşəbbüs heç bir gücə qarşı yönəlməyib. Məqsəd dövlətlərarası inteqrasiyanın hərbi və müdafiə sənayesi sahəsində də davam etdirilməsi üçün konseptual çərçivə yaratmaqdır. Bunun üçün həm resurslarımız, həm siyasi iradəmiz, həm də real zərurət mövcuddur. Artıq bu konsepsiyanın praktik mərhələyə keçməsinin zamanı çatıb.

Prezident İlham Əliyevin türk dövlətləri arasında hərbi sahədə əməkdaşlıq təşəbbüsünü şətrləndirən bir sıra obyektiv və real amillər mövcuddur. Əsas amillərdən birincisi müasir beynəlxalq münasibətlər sistemində güc faktorunun hələ də həlledici rol oynamasıdır. Bu gün təəssüf ki, beynəlxalq hüquq mexanizmləri hər zaman effektiv şəkildə işləmir. Müdafiə ehtiyacları, regional və geosiyasi çağırışlar və çəkindirmə siyasəti bu əməkdaşlığı şərtləndirən amillərdəndir. Məhz bu reallıqlar, dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün əlavə əməkdaşlıq formatları axtarmağa vadar edir. Qəbələ sammitindən sonra müdafiə, müdafiə sənayesi və regional təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirlər.

Müqayisəli beynəlxalq təcrübə də nəzərədn keçirilə bilər. Beynəlxalq təcrübədə də buna bənzər modellər mövcuddur. Məsələn, Skandinaviya ölkələri arasında NORDEFCO çərçivəsində hərbi əməkdaşlıq hərbi ittifaq olmadan həyata keçirilir. NORDEFCO – Nordic Defence Cooperation (Şimali Avropa Müdafiə Əməkdaşlığı) 2009-cu ildə beş Şimali Avropa ölkəsi tərəfindən yaradılmış hərbi-təhlükəsizlik əməkdaşlıq platformasıdır. Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveçin təsis etdiyi bu qurumun hərbi ittifaq deyil və NATO kimi kollektiv müdafiə öhdəliyi yaratmır. Əsas məqsəd ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində koordinasiyanı gücləndirmək, resurslardan daha səmərəli istifadə etməkdir. “Hərbi ittifaq olmadan hərbi əməkdaşlıq modeli” kimi təqdim olun model göstərir ki, eyni coğrafi məkanda yerləşən, ortaq təhlükəsizlik maraqları olan ölkələr hərbi blok yaratmadan da effektiv əməkdaşlıq edə bilərlər.

Eyni zamanda ASEAN ölkələrinin müdafiə nazirləri səviyyəsində əməkdaşlıq mexanizmi göstərir ki, təhlükəsizlik sahəsində koordinasiya mütləq hərbi blok yaratmaq anlamına gəlmir.

ADMM, ASEAN Defence Ministers’ Meeting –Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin müdafiə nazirlərinin rəsmi əməkdaşlıq platformasıdır. 2006-cı ildə yaradılan ADMM-də ASEAN-ın 10 dövləti İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Kamboca, Myanma təmsil olunur. Əsas məqsədi regionda etimadın möhkəmləndirilməsi, təhlükəsizlik dialoqunun inkişafı, qeyri-ənənəvi təhlükələrə qarşı birgə yanaşma, müdafiə sahəsində şəffaflıq və koordinasiyanın təminidr. ADMM hərbi ittifaq deyil, NATO tipli kollektiv müdafiə mexanizmi yaratmır.

Hətta 2010-cu ildə ADMM-in genişləndirilmiş formatı,ADMM-Plus təsis edildi. ASEAN ölkələri ilə yanaşı, 8 tərəfdaş dövlət, ABŞ, Çin, Rusiya, Yaponiya, Cənubi Koreya, Hindistan, Avstraliya, Yeni Zelandiya burada təmsil olunur. Məqsəd ASEAN ilə böyük güclər arasında təhlükəsizlik dialoqu, regionda balanslaşdırılmış və inklüziv təhlükəsizlik mühiti, qarşıdurmanın qarşısının alınmasıdır.

Cənab Prezident türk dövlətləri arasında hərbi əməkdaşlıqdan danışarkən heç də hərbi blok və ya ittifaq yaradılması niyyətində olmadığımızı açıq şəkildə ifadə edir. Buna baxmayaraq, bəzi dairələr bu təşəbbüsü bilərəkdən təhrif edərək onu təhdid kimi təqdim etməyə, hələ formalaşma mərhələsində olan əməkdaşlığa kölgə salmağa və təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bir daha vurğulamaq lazımdır ki, Türk dövlətləri arasında irəli sürülən hərbi əməkdaşlıq təşəbbüsü hər hansı dövlətə və dövlətlər birliyinə qarşı yönəlməyib və bu, klassik anlamda hərbi ittifaqın yaradılması kimi qiymətləndirilməməlidir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Yanvar 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri