Icma.az
close
up
RU
Regionlardan xarici bazarlara...

Regionlardan xarici bazarlara...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İxracın artması bölgələrin iqtisadi imkanlarını genişləndirir

Regionların sosial-iqtisadi inkişafı yalnız yeni yolların, müəssisələrin və infrastruktur layihələrinin həyata keçirilməsi ilə məhdudlaşmır. Mühüm göstəricilərdən biri regionlarda yaşayan kiçik və orta sahibkarların, ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların iqtisadi dəyərə çevrilməsi və həmin malların müxtəlif ölkələrin bazarlarına çıxarılmasıdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatında regionların inkişafı uzun müddətdir əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılır. Həmin istiqamətdə həyata keçirilən tədbirlərin mühüm nəticələrindən biri  bölgələrdə istehsal imkanlarının genişlənməsi, kənd təsərrüfatının kommersiya xarakterinin güclənməsi və yerli məhsulların daxili tələbatla yanaşı, xarici bazarlarda payının artmasıdır.

Aqrar məhsulun tarladan xarici bazara qədər keçdiyi yol region iqtisadiyyatının müxtəlif sahələrinə əlavə iqtisadi fəallıq gətirir. Əkinçiliklə yanaşı, məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanılması, daşınması və ixracı çoxistiqamətli dəyər və məşğulluq zənciri formalaşdırır. Nəticədə həm biznes, həm də bölgə əhalisi bu prosesdən faydalanır. Ona görə də ixrac göstəricilərinin artması regionlarda yalnız istehsalın deyil, kənd təsərrüfatı ətrafında formalaşan biznes ekosisteminin də inkişafını əks etdirir.

7 ayda 29 milyard dollardan çox ticarət...

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 29 milyard 216 milyon  dollar təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 faiz çoxdur. Əmtəə dövriyyəsinin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 faiz artıb, idxal isə 27,4 faiz azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Bu dövrdə qeyri-neft-qaz ixracı rekord təzələyərək 5 milyard 933 milyon 171 min dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə (həmin dövrdə göstərici 2 milyard 87 milyon 970 min dollar olub) 3 milyard 845 milyon 201 min dollar çoxdur. Beləliklə, qeyri-neft-qaz məhsullarının ümumi ixracdakı payı 13,7 faizdən 30,7 faizə yüksəlib. Yəni faktiki olaraq ixracın 3-dən biri və ya hər 3 dolların 1 dolları qeyri-neft məhsulllarından ibarətdir.

Qeyri-neft ixracında əsas məhsul qızıl olub, sarı metalın ixrac dəyəri 3,7 milyard dollar təşkil edib. Qızılın çəki həcmi isə 24,52 ton işlənməmiş, yarımişlənmiş və ya toz şəklində olub. Bu məhsul ümumi ixracın 19,2 faizini, qeyri-neft-qaz ixracının isə 62,5 faizini formalaşdırıb. Ötən 7 ayda qızıl nəzərə alınmadan ixracın dəyəri isə 2,5 milyard dollar olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artım deməkdir. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon dollar təşkil edib.

Aqrar-sənaye məhsullarının ixracı 22,8 faiz artıb

Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 39,5 faiz, alüminium və ondan hazırlanan məmulatlar 39,4 faiz, pambıq lifi 24,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3 faiz, çay 19,5 faiz, meyvə-tərəvəz 16,4 faiz, spirtli və spirtsiz içkilər isə 3 faiz artıb.

Ümumilikdə, aqrar məhsullar üzrə ixrac 22,1 faiz artaraq 673,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8 faiz artaraq 223,1 milyon  dollar təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara bərabər olub.

Qeyd edilən dövrdə əsas aqrar mallardan biri olan kartof ixracını artırıb, bu dövrdə 77,4 min ton kartof ixrac edilib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu həcmdə kartofun dəyəri 29,7 milyon dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6,6 min ton (9,2 fai?), dəyər baxımından isə 1,6 milyon dollar  (5,5 faiz) çoxdur.

Regionların iqtisadi potensialı artır

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, aqrar sektorun ixrac imkanlarının genişlənməsi iqtisadi fəallığın paytaxtdan bölgələrə yayılmasına, regionlarda məşğulluğun artmasına və yerli istehsalın stimullaşdırılmasına xidmət edir.

İqtisadçı qeyd edib ki, hesabat dövründə aqrar ixracdan əldə edilən gəlirlər ölkənin ümumi ixracında mühüm yer tutmaqla, regionların inkişafı prizmasından müsbət mənzərə yaradır. “Çünki regional iqtisadiyyat üçün hər bir ixrac məhsulu əlavə gəlir, yeni bazar və istehsalın genişləndirilməsi üçün stimul deməkdir. Yerli istehsalçının məhsulunu yalnız daxili bazarda deyil, xarici bazarda da sata bilməsi onun istehsal həcmini artırmaq, məhsuldarlığı yüksəltmək və daha rəqabətli fəaliyyət göstərmək imkanlarını genişləndirir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri