Icma.az
close
up
RU
Regionların innovasiya proqramı yekunlaşıb

Regionların innovasiya proqramı yekunlaşıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

4 ildə yüksəksürətli internetə qoşulmaların sayı 13 dəfə artaraq 3 milyona çatıb

Dünən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərasimi keçirilib.

Layihə çərçivəsində finala yüksələn 17 startapdan (XYZB) startapları ümumi dəyəri 50 min manat olanlar mükafat fonduna layiq görülüblər. “Grand Final” tədbirində dövlət qurumları və özəl təşkilatların nümayəndələri, innovasiya ekspertləri, eləcə də startap təsisçiləri iştirak ediblər.

Mərasimdə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov son illər Azərbaycanda rəqəmsal infrastruktur quruculuğu sahəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin innovasiyalar üçün güclü zəmin yaratdığını bildirib. “İnnostart”- la yanaşı, “ecomX”, “4ü1arada” kimi təşəbbüslərin də regionlarda innovativ inkişafa təkan verdiyini vurğulayan nazir müavini son 4 ildə ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayının 13 dəfə artaraq, təxminən, 3 milyona çatdığını bildirib.

Qeyd olunub ki, ötən müddətdə ölkənin sabit genişzolaqlı internetlə əhatəsinin tam təmin edilməsi texnoparkların fəaliyyət imkanlarını texniki cəhətdən genişləndirib. S.Məmmədovun sözlərinə görə, 2025-ci ilin yanvar- avqust aylarında 2-si xarici olmaqla, ümumilikdə, 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib, 8-i xarici olmaqla, ümumilikdə, 144 hüquqi şəxsə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik statusu təqdim olunub. Ölkənin innovasiya ekosistemində geniş miqyaslı işlər görüldüyünü xatırladan nazir müavini daha sonra deyib ki, son illərdə yaradılmış müxtəlif fondlar vasitəsilə, ümumilikdə, 15 milyon dollardan çox kapital formalaşdırılıb, bu fondlar artıq 2,2 milyon dollardan çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldiblər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında rəhbərlik etdiyi qurumun ekosistem quruculuğuna olan yanaşmasının mərkəzində startapların durduğunu diqqətə çatdırıb. Startapların ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə diqqət çəkən agentlik sədri “İnnostart” çərçivəsində əldə edilən uğurlardan danışıb. O bildirib ki, 2024-2025-ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və rayonda innovasiyayönümlü fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində bu il 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə, bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak edib.

Layihə çərçivəsində təlimçi və mentor hazırlığı proqramının da həyata keçirildiyini bildirən F.Osmanovun sözlərinə görə, bu proqramda 18 yeni mentor yetişdirilib: “Bundan əlavə, mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə təhsili mərkəzləri ilə əməkdaşlıqlar qurulub və regional nümayəndəliklər formalaşdırılıb”.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “SUP VC” şirkətinin icraçı direktoru Rəşad Eyvazov çıxış ediblər.

Mərasim zamanı layihə haqqında ümumi və statistik məlumatları əks etdirən videoçarx nümayiş etdirilib və təqdimat olub. Sonra isə startapların təqdimatları, mentor hazırlığı proqramının məzunları sertifikatlarla təltif edilib. Yekunda “İnnostart” layihəsinin qalibləri elan olunub.

Qeyd edək ki, “İnnostart” Azərbaycanın regionlarında startap ekosistemini gücləndirmək məqsədilə həyata keçirilən layihədir. Layihənin məqsədi bölgələrdəki tələbələrə, gənclərə və bu sahəyə maraq göstərən hər kəsə innovativ ideyalarını inkişaf etdirmək, startap ekosistemi haqqında məlumat vermək, onları uğurlu startaplara çevirməyə dəstək olmaq və yerli icmaların formalaşmasını təşviq etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri