Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Azərbaycanı güc mərkəzinə çevirəcək

Zəngəzur dəhlizi Azərbaycanı güc mərkəzinə çevirəcək

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngəzur dəhlizinin reallaşması Azərbaycan və Türkiyəni regionda geosiyasi və geoiqtisadi güc mərkəzinə çevirəcək. 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada "Türk əsri"ndə nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzulu konfransda çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunub. A. Uraloğlu bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir. Nazirin sözlərinə görə, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır. 

Maraqlıdır, Zəngəzur dəhlizi açılacağı təqdirdə Orta Dəhlizin effektivliyi nə dərəcədə artacaq? Belə olan halda Çin və Avropa ölkələri Orta Dəhlizə daha çox diqqət ayıracaq? Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi güc mərkəzinə çevriləcəyi ehtimal olunur? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, İrəvan Azərbaycan və Türkiyə ilə hesablaşmalı olacaq: 

“Suriya böhranının həll olunması, xüsusilə Türkiyənin bu ölkədə bundan sonrakı prosesləri nizamlamaq imkanlarına sahib olması Cənubi Qafqaza da öz təsirini göstərəcək. 

Artıq İran Suriyadan geri çəkilib. İran hakimiyyətinin Yaxın Şərqdə proksi qüvvələri yavaş-yavaş sıradan çıxır və təsir imkanları azalmağa doğru gedir. Rusiya da Yaxın Şərqdə öz geostrateji nüfuzunu itirmək üzrədir. Heç bir şübhə yoxdur ki, Rusiya Suriyadan öz qoşunlarını geri çəkəcək. 

Yaxın zamanda Cənubi Qafqazda Türkiyə-Azərbaycan ittifaqı geostrateji və geosiyasi güc mərkəzinə çevrilməsinə şahidi olacağıq. Həm Türkiyə, həm də Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin nizamlanmasında çox əhəmiyyətli rol oynayacaqlar. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyənin maraqlarına tam uyğundur. Hər iki qardaş ölkə bu dəhlizin reallaşmasına nail olmaq üçün əlindən gələni edəcəklər. 

Hesab edirəm ki, Ermənistan Azərbaycan və Türkiyənin siyasi iradəsindən kənarda mövcudluğunu davam etdirmək imkanlarına malik deyil. Ermənistan Qərbin siyasi müstəmləkəsinə çevrilsə də, rəsmi Bakı və Ankaranın maraqları ilə hesablaşmaq məcburiyyətində olacaq.

İrəvan öz mövcudluğunu təmin etmək üçün Azərbaycan və Türkiyənin maraqlı daxilində Zəngəzur dəhlizinin açılmasına razı olmalıdır. Bunun başqa alternativi yoxdur”. 

Politoloqun sözlərinə görə, həm Qərb, həm də Şərq ölkələri Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Türkiyəyə dəstək verəcəklər: 

“Başda Çin olmaqla Asiya, başda Britaniya olmaqla Avropa ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Bu məsələdə Azərbaycan və Türkiyəyə ciddi dəstək veriləcəyinə qətiyyən şübhə yoxdur. Xüsusilə qeyd edim ki, geoiqtisadi proseslər hər zaman geosiyasi proseslərin məzmununu müəyyənləşdirən əsas faktor olub. 

Zəngəzur dəhlizinin açılacağı təqdirdə Avropa ilə Asiyanı bir-biri ilə birləşdirən Orta Dəhlizin reallaşması Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada siyasi və iqtisadi təsir imkanlarının artmasına gətirib çıxaracaq”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri