“Dünya” qəzeti: Zəngəzur dəhlizi Türkiyəni Avropanın logistika mərkəzinə çevirəcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 20 oktyabr, AZƏRTAC
Zəngəzur dəhlizi Türkiyəni bütün Avropa bazarını təmin edən böyük anbarlara malik qlobal logistika mərkəzinə çevirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” qəzeti Niderlandın “Raben” qrupunun baş direktoru Evald Rabenə istinadla məlumat yayıb.
O, Türkiyədə anbar sahəsinə investisiyaların genişləndirilməsi planlarını bölüşərək qeyd dibi ki, hazırda “Raben” 17 ölkədə 170 anbar şəbəkəsini idarə edir və qrupun 2024-cü ilin sonuna qədər gəliri 2,2 milyard avroya çatıb.
Baş direktorun sözlərinə görə, Zəngəzur dəhlizi açılarsa, Türkiyənin logistika sahəsində rolu tamamilə dəyişəcək. O əlavə edib: “Dəniz yollarından asılı olan qlobal yükdaşımalarının əhəmiyyətli bir hissəsi Türkiyədən keçəcək. Çatdırılma müddətləri və xərclər baxımından üstünlüklər qalıcı olarsa, Türkiyə bütün Avropanı təmin edən anbar mərkəzinə çevriləcək. Bu ssenaridə biz Türkiyədə anbar sahəsinə investisiyaları artıracağıq”.
“Raben” şirkətinin baş direktoru rəhbərlik etdiyi qrupun məqsədinin türk ixracatçıları üçün Avropaya “pəncərə” rolunu oynamaq olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















