Icma.az
close
up
RU
Polkovnik: Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilib

Polkovnik: Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilib

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Silahlı Qüvvələr Gününün 107-ci ildönümüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Həmin gün Azərbaycan Ordusunun yaradılması barədə qərar qəbul edilib və milli hərbi hissələrin formalaşdırılmasına başlanılıb. Bu tarixi qərar Azərbaycan xalqının milli müstəqillik və özünümüdafiə ideyalarının reallaşdırılmasında ilkin mərhələ hesab edilir. Sovet dövründə bu proses süni şəkildə dayandırılsa da, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hərbi quruculuq yenidən strateji prioritetlər sırasında ön plana çəkilib. Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Məhz onun sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Hələ 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin böyük zəhmətləri hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb. Ümummilli Lider azərbaycanlı zabit kadrların hazırlanması və azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması və hətta SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması üçün əlindən gələni edib. Dövlət müstəqilliyinin ilk illərindəki mürəkkəb geosiyasi və daxili vəziyyət fonunda nizami ordu quruculuğu zəruri və təxirəsalınmaz vəzifə kimi qarşıda dururdu. Məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi, strateji baxışları və praktiki tədbirləri nəticəsində Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında dönüş nöqtəsi yarandı. Onun rəhbərliyi ilə ordu sahəsində fundamental islahatlara başlanıldı. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Həmin dövrdən etibarən bu tarix ölkənin hərbi qüdrətinin təntənəsi kimi qeyd olunmaqla yanaşı hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Silahlı Qüvvələrimiz bu gün müasir tələblərə cavab verən, güclü və peşəkar orduya çevrilib. Xüsusilə Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və xalqla birliyini bütün dünyaya nümayiş etdirdi. Ordumuzun əldə etdiyi şanlı qələbə nəticəsində əzəli torpaqlarımız azad olundu və ərazi bütövlüyümüz bərpa edildi. Silahlı Qüvvələrimizdə xidmət edən hər bir əsgər, zabit və hərbçi bu gün Azərbaycanın təhlükəsizliyinin, müstəqilliyinin və əmin-amanlığının təminatçısıdır. Onların fədakarlığı, mərdliyi və vətənə sədaqəti hər bir vətəndaş üçün nümunədir.


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sherg.az-a açıqlamasında deyib ki, dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət yeni tip müharibə üsullarının tətbiqi, iqtisadi sanksiyalar, separatizm, etnik və dini qarşıdurmalar, terrorizm və digər destabilizasiya cəhdləri region ölkələrinin hərbi və milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Ekspertin sözlərinə görə, bu proseslər bir daha təsdiq edir ki, mövcud təhlükəsizlik sistemləri bu təhdidlərin qarşısını almaqda yetərincə səmərəli deyil:


 "Bu səbəbdən Azərbaycan milli təhlükəsizlik strategiyasını daim yeniləmək və dinamik mühitə uyğunlaşdırmaq zərurəti ilə üz-üzədir. Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Göründüyü kimi, Azərbaycanın yaxın gələcəkdəki regional və qlobal mövqeyi onun necə bir xarici siyasət yürüdəcəyindən ciddi şəkildə asılı olacaq. Qlobal güclərin Cənubi Qafqazdakı maraqları və bu maraqlar uğrunda gedən mübarizədə Azərbaycanın öz milli maraqlarını maksimum qorumaq və hərbi təhlükəsizliyini möhkəmləndirmək üçün strateji addımlar atmasını zəruri edir. Bu səbəbdən ölkəmizin xarici siyasəti xüsusilə Ermənistanla olan keçmiş münaqişə fonunda hərbi-siyasi kursun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsini nəzərdə tutur".


C.Xəlilov qeyd edib ki, hazırkı mərhələdə prioritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir:

 "Azərbaycan ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Milli Ordumuzun formalaşması isə şanlı və zəngin bir tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, 2001-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilər Məktəbi təsis olundu. Bunlar Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlar idi".


Polkovnik bəyan edib ki, qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilib:

 "Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da möhkəmləndirildi, milli təhlükəsizlik sistemimiz yüksək səviyyəyə çatdırıldı. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf strategiyası müasir ordu quruculuğuna mühüm dəstək verdi. Müdafiə sahəsinə ayrılan maliyyə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olundu, ölkəmizdə güclü müdafiə sənayesi yaradıldı. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılıb, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilib. Azərbaycan Ordusunun qüdrəti müxtəlif döyüşlərdə əyani şəkildə nümayiş etdirilib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see143

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see123

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see121

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 İyun 2025 02:31see121

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

25 İyun 2025 00:46see119

Məhəbbətim qibləm, andım

24 İyun 2025 21:01see118

Kallas: Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq

24 İyun 2025 20:59see118

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see117

Son Şahnaz Şahin yazır

24 İyun 2025 18:03see116

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 İyun 2025 08:52see116

Paşinyan Sərkisyan və Köçəryan barədə: Bu kölələr məni devirmək istəyirlər

24 İyun 2025 17:51see116

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see115

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see115

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see115

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see114

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see114

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see112

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see111

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see111

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri