Icma.az
close
up
RU
Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

Icma.az, Fanat saytına istinadən bildirir.

"Araz-Naxçıvan" növbəti mövsüm ev oyunlarını Naxçıvanda keçirməyə hazırlaşır". Bu vədi klub Premyer Liqaya vəsiqə qazandığı ilk vaxtdan eşidirik. Amma sonra məlum olur ki, klub hələ "layihələndirmə" işləri görür. 

Muxtar Respublika təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov Fanat.Az-a açıqlamasında bu yöndəki son durumu çatdırıb:

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək. Demək olar hər gün bu yöndə işlər görülür. Artıq bütün layihələndirmə, sənədləşdirmə işləri başa çatıb. Görüləcək işlər, sərf olunacaq vəsait, pordatçı şirkətlər və sair hamısı müəyyənləşib. Qalır bu işləri qərara bağlamaq, o da mövsüm bitəndən sonra veriləcək. Yəni yaxında qərarlar açıqlanacaq. 

Əslində, stadionla bağlı layihələndirmənin, görüləcək işlərin miqyası genişdir. Ot örtüyü yenilənəcək, konkret, yüksək keyfiyyətli süni örtüklə əvəzlənəcək. İşıqlandırma sistemi qurulacaq. Hansı ki, bu işləri görmək üçün AFFA bir müddət əvvəl müəyyən şirkətlə razılığa gəlmişdi. Yəqin ki, o müqavilə qüvvədədir. 
Bundan başqa, lisenziyalaşdırmanın tələblərindən irəli gələn işlər görülməlidir. Meydançaya giriş yerləri dəyişilməlidir, azarkeşlər üçün xidmət yerləri təmin olunmalıdır, fəxri qonaqlar üçün yerlər ayrılmalıdır. Təhlükəsizlik məqsədi ilə giriş qapıları dəyişdirilməlidir. Bunlar hamısı layihədə nəzərdə tutulub və paralel görüləcək. İşlər təxminən üç ay çəkəcək.

Yeganə açıq qalan məsələ VAR sisteminin qurulması ilə bağlıdır. Bu məsələ əlaqədar qurumlarla müzakirələr aparılır".

Qeyd edək ki, 2022-2023 mövsümündə Azərbaycan 1-ci Liqasında çempion olan "Naxçıvan" 2023–2024 mövsümündən Premyer Liqada iştirak edir. Komanda ev oyunlarını Bakıda - Mərdəkandakı "Liv Bona Dea Arena"da keçirir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri