Icma.az
close
up
RU
Rəhim, Əlikram, Surət zamanı bitdi, dövr Azərbaycanındı

Rəhim, Əlikram, Surət zamanı bitdi, dövr Azərbaycanındı

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dünya dəyişib. İndi qlobal siyasət yeni mərhələyə qədəm qoyub. Bir vaxtlar siyasətdə “naz etmək”, “emosiyalarla oynamaq”, “könül almaq”, “şikayət edəcək deyə toxunmamaq” kimi yanaşmalar vardı.

Artıq naz dövrü arxada qalıb. Bu gün siyasətdə iradə, çeviklik, milli maraqlara sədaqət və güc balansını qorumaq əsas meyardır. Layla demək zamanı bitib. Siyasət qərar meydanıdır.

Bir anlıq ətrafımıza diqqət edək. Nə Qərbdə, nə Şərqdə, nə də bölgəmizdə siyasət yumşaqlığa, “naz”a yer qoymur. Dövlətlər dirənmək, mövqelərini qorumaq üçün sərtləşiblər.

Donald Trampın prezidentliyi dövrü dünya siyasətində dönüş nöqtəsi oldu. Tramp ABŞ-ın “dərin sistem” adlandırılan bürokratik və ideoloji strukturlarını silkələdi. O, dövlət aparatında islahatlar aparmaq adı ilə bir çox qurumları bağladı, bəzi media və sosial platformaları neytrallaşdırdı, “Amerika birincidir” şüarı ilə qlobalist yanaşmalara qarşı çıxdı. Tramp xarici siyasətində də eyni addəmlar atdı. Əbədi müttəfiqi Avropaya belə güzəştə getmir. 

Bütün bunlar onu göstərdi ki, dünyanın ən qədim demokratiyası belə təhlükə hiss etdikdə sərtləşir. Bəli, artıq Amerika da anlayır ki, siyasət layla deyil, strateji döyüşdür. Populizm işə yaramır, dövlətin özünü qoruma instinkti öndədur.

Bu sərtlik davam edir və dünyada adövlət maraqlarından geri çəklmir, güzəştə gedilmir. Çünki “naz edən qüvvələr” elektorat üçün yaramır, təhlükə üçün simvol sayılır.

Yaddaşlarımızı təzələyək. Türkiyədə 2016-cı ilin 15 iyul gecəsi dövlət çevrilişinə cəhd yaşandı. Ordunun, polis sisteminin, məhkəmələrin içində gizlənmiş FETÖ şəbəkəsi dövlətə qarşı silah qaldırdı. Rəcəb Tayyib Ərdoğan həmin andan “naz dövrü”nü bitirdi. O, laylaları kənara qoydu, sərt dövlət modeli qurdu. Yüz minlərlə şübhəli element təmizləndi, dövlət aparatında mərkəzləşmə gücləndi. Bəziləri buna avtoritarizm deyir, amma həqiqət odur ki, o addımlar olmasaydı, bu gün Türkiyə də suriyalaşmış olardı.  Ərdoğan dövlətin içindəki “yumşaqlıq” virusunu qopardı və göstərdi ki, siyasətdə mərhəmət yalnız dövlətin düşməninə fürsət yaradır. Məhz o gündən sonra Türkiyə həm regional və qlobal güc kimi qəbul edilir, həm də öz siyasətini qlobal miqyasda diktə edə bilir. 

Bir vaxtlar Mixael Saakaşvili dövrü Gürcüstanda “demokratiya baharı” kimi təqdim olunurdu. Amma o bahar tezliklə fırtınaya çevrildi. Siyasi bölünmə, təxribatlar və xarici təsirlər ölkəni sarsıtdı. Bu gün Gürcüstan həmin romantik dövrün səhvlərindən nəticə çıxarıb. Yeni hökumət anlayır ki, “sərtlik” dövlətin yeganə müdafiə formasıdır. Qərb və Rusiya arasında tarazlığı qorumaq, ölkə daxilində sabitliyi saxlamaq üçün Tbilisi siyasətdə “yumşaqlıq”dan uzaqlaşıb. Gürcüstan nümunəsi göstərir ki, layla çalan siyasət xalqı, dövləti uçuruma aparır. 

Azərbaycan da dünyanın tərkib hissəssidir. Dünyanı öz maraqları üçün yönəltməyə çalışan qüvvələr öz emisarları vasitəsilə ilə burada da hər an oyun qururlar. Ramiz Mehdiyev hadisəsi bir daha sübut etdi ki, həm daxildə, həm də xaricdə müəyyən qruplar dövlətin içini qarışdırmağa çalışır. Sosial şəbəkələrdə, media platformalarında “demokratiya”, “fikrin azadlığı” pərdəsi altında təşkilatlanma, maliyyələşmə, koordinasiya cəhdləri var. Ən təhlükəlisi odur ki, bu fəaliyyətlər bəzən daxildən idarə olunur. Dövlətin içində olub, dövlətə qarşı işləmək ən ağır xəyanətdir.

Bu gün Türkiyədə İmamoğlu istintaqı zamanı İsa Qəmbərin də eyni maliyyə mərkəzlərindən vəsait alması barədə faktların üzə çıxması, regionda eyni mərkəzin aktiv olduğunu göstərir. Bu, siqnaldır, milli təhlükəsizlik məsələsidir.

Ona görə Azərbaycan ayıq olmalıdır. Çünki biz bu dəhşətli filmi bir dəfə görmüşük, yaşamışıq.

1990-cı illərin əvvəlləri…

Azərbaycan yenicə müstəqilliyini bərpa etmişdi. O illər həm də anarxiya, bölünmə, şəxsi ambisiyaların dövlət maraqlarına qalib gəldiyi dövr idi. Rəhim Qazıyev, Əlikram Hümbətov, Sürət Hüseynov kimiləri özlərini “xalq qəhrəmanı” kimi təqdim edirdilər. Nəticə nə oldu? Dövlət çevrilişləri, vətəndaş qarşıdurması, torpaq itkisi, yüz minlərlə qaçqın və köçkün…

Çünki o zaman siyasətdə “acıq etməkˇ, “naz etmək”, “emosiyalarla oynamaq”, “könül almaq”, “şikayət edəcək deyə toxunmamaq” kimi yanaşmalar vardı. Azərbaycan o illərdə layla siyasətinin acı nəticələrini yaşadı. Duyğusallıq, emosiyalar, şəxsi eqolar dövlətin üstünə çıxanda nələr baş verirsı,  biz bunu tarixdə gördük. Bu gün o səhvləri təkrarlamaq millətə zərbədir. 

Azərbaycan bu gün tam fərqli mərhələdədir. 30 il ərzində dövlət milyardlarları siyasətdə “acıq etməkˇ, “naz etmək”, “emosiyalarla oynamaq”, “könül almaq”, “şikayət edəcək deyə toxunmamaq” kimi məqamlara görə öz evlərindən məcburi köçkün düşmüş insanların həyat şəraitinə sərf etdi. Bu gün də milyardları yenə siyasət nəticəində yerlə yeksan edilmiş Qarabağda, Şərqi Zəngəzurda yenidənqurma, tikinti, həyatın bərpası edilmısinə yönəldir. Təbii ki, burada Ermənistanın işğalçılıq siyasəti önə çəkilməlidir. Amma 44 günlük Qarabağ Savaşında da o işğalçılıq siyasəti var idi. Məhz Müzəffər Ali Baş Komandanın liderliyi ilə, gerçəkliyi dəyərləndirərərək atdığı addımlarla Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 

Bəli, indi azad edilmiş hər bölgə, hər kənd dövlət qərarının, bir lider iradəsinin nəticəsidir. Bu, layladan uzaq, əzm və ağıl ilə qurulan gələcəkdir. Bu prosesə mane olan, bu inkişafı gözdən salmağa çalışan, sosial şəbəkələrdə dövlətə dil uzadanlar düşmənə xidmət edirlər. Onlar aramızda yer tutmamalıdır.

Hələ də bəziləri siyasəti “naz oyunu” kimi başa düşür. Unudurlar ki, siyasət nə bir gözəl qızın naz, nə də bir körpəyə layladır. Siyasət millətin taleyi, dövlətin gələcəyi deməkdir. Dövlət xalqının nazını çəkə bilər. Kim bu dövlətin içindədir, amma xaricdən qidalanırsa, o, artıq xalqdan deyil. Kim emosiyalarla xalqı aldatmaq istəyirsə, o dövlətə qarşıdır. Dövləti qorumaq, inkişaf etdirmək romantikadan uzaq, iradə ilə mümkündür.

Bu gün dünya o qədər mürəkkəbdir ki, laylalarla yaşamaq mümkün deyil. Dövlətlər sərtləşir, xalqlar ayılır, proseslər sürətlənir. Azərbaycan bu prosesdə güclü qalmaq istəyirsə, içəridəki təxribatçılara, xaricdən yönləndirilən “siyasi aktyorlara” qarşı ayıq olmalıdır. O dövlətin dayaqları möhkəm olur ki, dayaqlar xalqın ağlı və iradəsi möhkəmləndirir.

Sual doğur, nə etməliyik...

Yuxarıda sadalanan xarici təcrübə, özümüzün yaşadığımız 30 il bir şeyi diqtə edir. Dövlətə ziyan vuran, onun dayaqlarını silkələyən qüvvələrə Azərbaycanda yer olmamalıdır. İstər siyasi təşkilat, istər media qurumu, istərsə biznes strukturu və s. öz fəaliyyətində gizli, ya açıq formada Azərbaycana qarşı qərəzli olacaqsa, yad güclərin əlinə oynayacaqsa, onların fəaliyyəti anında dayandırılmalıdır. Hər kəs, hər qurum öz adı ilə çağrılmalıdır. 

Fərqi yoxdu bu qüvvə iqtidardadır, müxalifətdədir, yaxud müstəqildir, əgər dövlətə qarşıdırsa, Azərbaycan düşmənidir. Və bütün dünyada belə qüvvələr qapadılırsa, Azərbaycanda da mütləq eyni addım atılmalıdır.

“Layla”,  “naz etmək”, “emosiyalarla oynamaq”, “könül almaq”, “şikayət edəcək deyə toxunmamaq” dövrü bitdi. Bizə güclü Azərbaycan lazımdır. 

Sevinc ABBASOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri