Icma.az
close
up
RU
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?

Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.
Mia.az
 xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.
Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.
Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir. (Azfakt.com)

***

Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Ədalət Babayev haqqında bir sıra saytlarda yayılan məlumata münasibət bildirib.
Mia.az-ın məlumatına görə, o, Faktinfo.az saytına açıqlamasında təyinatları belə izah edib:

"Birincisi, oğlum Orxan Rəşidli struktur islahatları aparılana qədər rəhbəri olduğum idarədə işləməyib. O, Cənub Muğan Kanalı İstismar İdarəsində müxtəlif işlərdə,o cümlədən qısamüddətli kanal rəisi vəzifəsində çalışıb.Belə ki,bir neçə idarə, o cümlədən Cənub Muğan Kanalı İstismar İdarəsi Biləsuvar Suvarma Sistemləri İdarəsinə birləşdirildi,Orxan 12-ci dərəcədən, 9-cu dərəcəyə endirilməklə müvafiq ixtisas üzrə köçürmə yolu ilə rəhbərlik etdiyim idarəyə su bölgüsündə mühəndis işinə göndərildi. Bu da mənim istəyimlə olmayıb.

İkincisi də, oğlum hardasa işləməli deyildi ki? 628 bal toplamış, iki universitet bitirmiş şəxs çalışmamalı idi ki, günlərin birində baş verəcək struktur islahatları nəticəsində bölgüdə atasının rəhbərlik etdiyi idarəyə düşə bilər? Bunu da saytlar yazacaq.Bu nə yanaşmadı indi? Orxan neyləsin, Biləsuvar rayonundan gedib, başqa bölgədə işləsin? Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur? İndi də oğlumun işləməsini həzm edə bilmirlərsə, iş yerini dəyişdirsinlər."
İdarə rəisi müavini Elsevər Həsənov haqqında yazılanlara da aydınlıq gətirib: "Müavinim Elsevər Həsənov çox savadlı, işinə məsuliyyətlə yanaşan şəxsdir. Yüksək bal toplamış, iki universitet bitirmiş gəncdir. Onun haqqında da həqiqətə uyğun olmayan məlumat yazıblar. Yəni qeyd etmək istəyirəm ki, yanacaq, texnikaların təchizatı və hərəkətinə kimi məsələlərin müavinim Elsevər Həsənova heç bir aidiyyatı yoxdur. Vurğulanan məsələlər vəzifə bölgüsü baxımından idarənin baş mühəndisinə aid işlərdi. O da öz vəzifəsi ilə məşğuldur. Həmçinin yazıldığı kimi deyil, mən rəhbər şəxs təyin etmirəm, elə bir səlahiyyətim yoxdur, Elsevər Həsənov da tabe olduğumuz baş idarə tərəfindən müavin kimi idarəyə təyin olunub. Onu bir müddətdən sonra başqa bir idarəyə rəis göndərəcəyimə dair yazılan fikrə gəlincə, qeyd etdiyim kimi bu mənim səlahiyyətim daxilində deyil, yalan xəbərdir.Yeri gəlmişkən, niyə görülən işlərdən, əldə olunan uğurlardan yazmırlar?".

Yeri gəlmişkən, Mia.az-ın məlumatına əsasən, Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun iki qudası da adıçəkilən agentlikdə yüksək vəzifə tutur... 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.mia.az
archiveBu xəbər 15 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri