Icma.az
close
up
RU
Rejissorla eşq hekayəsinə görə Hollivudun qara siyahı sına salınan məşhur aktrisa İnqrid Berqmanın ehtiraslı həyat hekayəsi

Rejissorla eşq hekayəsinə görə Hollivudun qara siyahı sına salınan məşhur aktrisa İnqrid Berqmanın ehtiraslı həyat hekayəsi

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

29 avqust məşhur İsveç və ABŞ aktrisası İnqrid Berqmanın doğum günüdür.

Kulis.az bu münasibətlə Onur Tulumun “İnqrid Berqman: Ehtiraslı həyat hekayəsi” yazısını təqdim edir.

İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin paytaxtı Stokholmda anadan olmuşdu. Gənc yaşlarında aktrisa olmaqda qətiyyətli idi.
Bir yazıçının dediyi kimi, doğrudan da yaxşı şeylər qəfil baş verir. Təsadüf elə gətirdi ki, "Küləklə sovrulanlar", "Rebeka" kimi Akademiya mükafatı qazanmış filmlərin prodüseri olan Devid Selznikin Nyu-Yorkdakı ofislərinin yerləşdiyi binada işləyən bir lift operatoru, vətənində saf və sadə qadın rollarında filmlər çəkən gənc İnqrid Berqmanı Selznik üçün araşdırma aparan Key Brauna tövsiyə etdi və bununla da bir epoxanın qapısını açmış oldu.
Çox keçmədən Key Braun İnqridlə tanış olmaq üçün İsveçə gəldi. Qarşısında yeni ana olmuş gənc bir qadın dayanmışdı. Bu görüşdən sonra İnqrid bir çox şeydən imtina edib kino arzusu üçün Amerikaya getməyə qərar verdi. Bir bazar günü Selzniklərin evinə gəldi, lakin Devid “Küləklə sovrulanlar” filmi üzərində işlədiyi üçün studiyada idi. 1939-cu il idi, onunla daha sonra dost olacağı həyat yoldaşı İrin maraqlandı.
Devid gec saatda geri dönəndə İnqrid yuxuya getmişdi. O, İnqridi görüb dedi: “Aman Tanrım, sən çox uzunsan, sənə yeni dişlər və makiyaj lazımdır və adın da çox almansayağıdır”. ( Onun anası alman idi). Bunu eşidən İnqrid: “Mən buyam, alacağınız budur” dedi. Selznik gülümsəmişdi...
Bir neçə il ərzində İnqrid Amerika xalqının ən sevdiyi aktrisalardan birinə çevrildi. Selznik Berqmana ilk dəfə “İntermezzo” (1939) filmində rol verdi. Ardınca aktrisa ard-arda “İki ruhlu adam” (1941), “Kasablanka” (1942), “Zənglər kimin üçün çalır?” (1943), “İşıqlar sönərkən” (1944), “Müqəddəs Məryəm zəngləri” (1945), “Saratoqa Trunk” (1945) filmlərində rol aldı.
Adı çəkilən bu filmlər dünyanı İnqridin yalnız təbii və şirin deyil, həm də “yaxşı” olduğuna inandıran filmlər idi.
İnqrid Berqman 1946-cı ildə “Roma, açıq şəhər” filmini izlədikdə çox təsirlənmişdi. Hollivudun qoruyucu strukturu ona azadlıq bəxş etsə də, bu mühitdən artıq çox sıxılmışdı. Dostu İrin Selznikə nə etməli olduğunu soruşanda cavab belə oldu: “Roberto Rosseliniyə məktub yaz!”.
O, Rosseliniyə belə bir məktub göndərdi: “İtalyanca yalnız ‘ti amo’ deməyi bacaran isveçli bir aktrisaya ehtiyacınız varsa, mən gəlməyə və sizinlə film çəkməyə hazıram.”
Başlıqda seçdiyim “Ehtiraslı həyat hekayəsi” ifadəsi İnqridə o qədər uyğundur ki, onu daha yaxşı ifadə edəcək başqa bir ifadə yoxdur yəqin. İrəlidə İnqrid və Rosselinini gözləyən bir ziddiyyət yumağı var idi.
Rosselini pulla maraqlanmayan, reallığı və sənəti hədəfləyən, aşağı büdcəli, məhdud texniki imkanlarla film çəkən bir rejissor idisə, İnqrid isə bədii bütövlüyünü tapmağa çalışan bir ulduz aktrisa idi.
Əslində, zidd qütblər bir növ sənət baxımından uyğunluq problemi doğurmuşdu. Maraqlıdır ki, buradan bir dialektik münasibət forması da ortaya çıxmışdı; çünki Rosselini həm özünü məhv etməyə meyilli, həm də əyləncəni sevən bir insan idi.
İnqrid və Roberto nəhayət, birlikdə film çəkmələri lazım olduğuna qərar verib görüşdülər. Robertonun fikri bir sevgi hekayəsi idi, lakin o dövr üçün qeyri-adi bir sevgi hekayəsi: Litvalı qaçqın bir qadının Siciliyanın şimalında yaşayan bir balıqçı ilə evləndiyi bədbəxt bir məhəbbət hekayəsi. Film təbii olaraq adada çəkilməli idi. İnqrid bu tutqun yeri görmədən belə, bunun məhz istədiyi şey olduğunu düşünmüşdü.
Prodüser şirkəti "RKO"dan alınan pulla “Stromboli” (1950) çəkildi. Lakin izlənməsi çətin, qarmaqarışıq bir film ortaya çıxdı.
Belə ki, İnqridin dramatik enerjisi belə bir çox səhnəni xilas etməyə bəs etməmişdi. Gəliri də təxmin etdiyiniz kimi, uğursuz oldu. Ardınca da bir qalmaqal baş verdi. Filmin çəkilişi zamanı İnqrid hamilə qaldı. İnqrid Amerikadakı əri Aron Lindstromu və qızını tərk etmişdi. Mətbuatın da təsiri ilə böyük bir ajiotaj yarandı; o vaxta qədər İnqridi az qala müqəddəs qadın olaraq görən insanlar, onun “Kasablanka”dakı İlse obrazı ilə eyniləşdirdikləri şəxsiyyətinə xəyanət etdiyini söyləyirdilər.
1950-ci ilin fevralında İnqridin Rosselinidən bir oğlu oldu. Roberto bəlkə də İnqrid Berqmanın filmlərinə rejissorluq edəcəyini, qürubda idman avtomobili sürəcəyini xəyal edirdi, lakin onun keçmiş sevgilisi Anna Maqnani tez davranmışdı və “Qırmızı gül” (1955) filmi ilə tarixdə Oskar qazanan ilk italyan aktrisa oldu.
O illərdə İnqrid Hollivudda "qara siyahı"ya salınmışdı. Mövcud şəraitdə yalnız bir-biri ilə film çəkə bilərdilər və elə də oldu. Kino həvəskarları tərəfindən kəşf olunmağı gözləyən bir neçə önəmli film də çəkdilər.
“Avropa 51” (1952) filmində oğlu qəflətən ölən bir cəmiyyət qadını olan İreni canlandıran İnqrid bu dəfə sadə süjet xətti ilə İtaliyadakı zəngin bir qadının əxlaqi dilemmasını bədənləşdirdi.
İki il sonra “İtaliyada səyahət” (1954) filmində Corc Sanders ilə boşanmaq üzrə olan evli bir cütlüyü canlandırırlar. Bu filmdə daxili həyat və ziddiyyətlərin jest və hərəkətlərlə ifadə olunduğu yenilikçi bir dil istifadə olunduğu üçün tənqidçilər tərəfindən “Antonioniyə giriş” olaraq dəyərləndirilmişdir.
Eyni il “La Paura”da ağrıkəsici dərmanlar üzərində çalışan bir kimya fabrikini idarə edən və bir musiqiçi ilə münasibət yaşayan bir qadını canlandırdı.
Bu üç film arasında həm kommersiya, həm də bədii baxımdan ən zəif halqa “La Paura” oldu. Bu filmlər təəssüf ki, ticari baxımdan istənilən reaksiyanı ala bilmədi.
Bir az da bu səbəbdən İnqridin narazılığı artdı və Hollivuda dönüş yollarını axtarmağa başladı. Nəhayət, Rosselini ilə evlilikləri sona çatdı. Rosselini əsasən sənədli filmlərdən ibarət olan, televiziya üçün çəkilən tarixi mövzulu layihələr üzərində işləməyə başladı.
İnqrid isə özünü Romanovların sonuncusu, Anastasya kimi təqdim etməyi qəbul etdiyi, mənasız bir pyes olan “Çarın qızı” (1956) adlı film ilə əsas kinoya geri döndü. İronik haldır ki, bu film ilə ikinci dəfə Oskarın “Ən Yaxşı Aktrisa” nominasiyasını qazandı. (Birincisini Corc Kukorun “İşıqlar sönərkən” (1944) filmi ilə almışdı)
Öz yolunu getməyi seçən İnqrid Berqman ardıcıl olaraq “Sonsuz sevgi” (1958), “Sürgün yolu” (1958), “Sarı avtomobil” (1964), “Şərq ekspresində cinayət” (1974) və “Payız Sonatası” (1978) filmləri ilə qaldığı yerdən davam etdi. Orta təbəqənin bu günkü yeni realizmin guya nümayəndələri vasitəsilə vicdanını təmizləyə bilməyəcəyini bu filmlərlə – ən çox da “Avropa 51” ilə – ortaya qoymuşdur...

Qapalı çarşıda atasından qalma dükanda xalça və antik əşyalar satan şair kim idi? İnsanları aldadanlar niyə azadlıqdadır? Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see318

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see191

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see140

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see130

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see128

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see128

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see127

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see125

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see124

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see123

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see122

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see122

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see121

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri