Icma.az
close
up
RU
Reklam adı ilə TƏXRİBAT Gəncləri hərbi xidmətdən yayınmağa çağıran “Aviasales”lə bağlı SENSASİON FAKTLAR VİDEO

Reklam adı ilə TƏXRİBAT Gəncləri hərbi xidmətdən yayınmağa çağıran “Aviasales”lə bağlı SENSASİON FAKTLAR VİDEO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Şirkətlərin reklam kampaniyalarını daha cəlbedici etməsi üçün kreativ metod və şüarlar seçməsi hər kəsə yaxşı məlumdur. Lakin bəzi hallarda bu şüarlar bütün hədləri aşır, hətta qanun pozuntusuna çağırışa çevrilir.
“Aviasales.az”dan qanun pozuntusuna çağırış
Biletlərin tapılması üzrə ixtisaslaşmış meta-axtarış platforması kimi tanınan “aviasales.az”ın “İnstagram” hesabından etdiyi paylaşım bu mənada xüsusilə narahatlıq doğurur. Belə ki, sözügedən paylaşımda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi əks olunub və “3 saat ərzində bizdən bilet almasanız, sizi bu zəng gözləyir” sözləri yazılıb.

Yəni, faktiki olaraq, gənclərə hərbi xidmətdən yayınmaq üçün xaricə qaçmaq tövsiyə edilir. Bu isə həm hüquqi, həm də mənəvi cəhətdən qəbuledilməzdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi xidmət keçməkdən boyun qaçırma cinayət əməli hesab olunur. Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, bu əməli törədən şəxsləri 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hərbi xidmətdən yayınmağın mənəvi yükü isə hüquqi cəzasından daha ağırdır. Çünki Azərbaycan xalqı üçün Vətənə xidmət ən ali vəzifədir.
Reklam, yoxsa siyasi çağırış?
Buna baxmayaraq, “Aviasales” vətənə xidmət vəzifəsini öz reklamı üçün məzxərəyə qoymaqdan utanmır. Daha doğrusu, onlar azərbaycanlı gənclər üçün hərbi xidməti qorxulu çağırış kimi göstərərək, bundan fayda götürməyə çalışırlar. 
Əvvəla onu qeyd edək ki, “Aviasales” platformasının dünya üzrə aylıq 15 milyon istifadəçisi var. Sözügedən platformanın Azərbaycan bölməsinin “İnstagram” hesabını isə 59,3 min nəfər izləyir. Yəni “Aviasales” dünyada və ölkəmizdə kifayət qədər tanınır və böyük izləyici auditoriyasına sahibdir.
 

Digər tərəfdən, hazırda yay fəslinin son günləridir. Üstəlik, avqust ayı hərbi xidmətə çağırış dönəmi də deyil. Yəni belə bir reklamın effektiv olma ehtimalı yoxdur.


Bütün bunları nəzərə alsaq, sözügedən paylaşımın reklam yox, siyasi məqsəd daşıdığını aydın şəkildə görə bilərik.
“Aviasales” rusların imiş...
Məlumat üçün qeyd edək ki, Aviasales 2007-ci ildə yaradılmış meta-axtarış platformasıdır. Bu platforma əvvəllər “JetRadar” adı ilə tanınır. “Aviasales” birbaşa bilet satışı ilə məşğul olmasalar da, aviaşirkətlər və onlayn səyahət agentlikləri vasitəsilə bilet tapmağa yönləndirir. 2011-ci ildə "Go Travel Un Limited" adı ilə Hong Kong-da qeydiyyatdan keçən Aviasales-in mərkəzi ofisi hazırda Taylandın Phuket adasında yerləşir.
Amma şirkətin təsisçisi rusiyalı Konstantin Kalinovdur.
Kalinovun dosyesini araşdırarkən bir məqam xüsusilə diqqətimizi çəkdi. O, Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının əməliyyat hazırlığı fakültəsində təhsil alıb. Bu cür spesifik sahədə təhsil almış şəxsin Rusiya xüsusi xidmət orqanları ilə bağının olması ehtimalı böyükdür.
 

Doğrudur, Kalinov 2017-ci ildə dünyasını dəyişib. Ancaq ondan sonra da şirkətə ruslar rəhbərlik edir. Belə ki, hazırda “Aviasales”in İdarə heyətinin Sədri Max Kraynov, şirkətin CEO-su isə Anton Baytsurdur. Yəni, Kalinov ölsə də, irsi davam edir...


Bütün bunları və Rusiyanın son dövrlərdə Azərbaycana qarşı sistemli hücumlarını nəzərə aldıqda isə, “Aviasales”in bu paylaşımının üzərindəki sirr pərdəsi ortadan qalxır. Yəni, sözügedən paylaşım reklam xətrinə edilmiş bir zarafat yox, açıq şəkildə gənclərimizə yönələn çirkin çağırışdır.
Bizim.Media-nın analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri