Icma.az
close
up
RU
Reklam etmir heç özünü doğrular

Reklam etmir heç özünü doğrular

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Nəcməddin MÜRVƏTOV

ŞEİRLƏR

Darılma ki, deyən çoxdur ağ yalan,

İnsanlığa inamını itirmə.

Əyrilər var, var şübhəsiz düz olan,

Bəd əhvalla onu qəfil bitirmə.

Az deyil ki ağı seçən qaradan -

Qətrə-qətrə üfürməklə içər su.

Eləcə də tikən, quran, yaradan,

Ürəyində xeyirxahlıq arzusu.

İnsanlar var, marağında həmişə:

Yetə, çata kimlərinsə dadına.

Çox həvəslə qol qoydusa bir işə,

İstəməz də heç yazıla adına.

Reklam etmir heç özünü doğrular,

Yalançılar aralıqda fırlanır.

Haqqı olanın bir sifəti, üzü var,

Nahaqlarsa min görkəmdə dolanır.

Düzəliş et, öz fikrində yanılma,

İtirmə, yox, insanlığa inamı.

Yetər bəzən bircə dəfə yanılma,

Gələr elə düşüncənin davamı.

lll

Getdin, onda anladım əzizimsənmiş necə,

Sənsizlikdən ah-vayım bitmir ki gündüz-gecə,

Tamarzıyam indi çox adi, cüzi sevincə.

Ürəyinə dəymişəm, olmuşam çox da peşman,

Gözləyirəm yolunu, gələcəksən nə zaman?

Hər sözümə, kəlməmə anında can deyərdin,

Çəksə idim adını, fərəhdən don geyərdin,

Vurğun-vurğun baxardın, təriflərdin, öyərdin,

Bilməmişəm qədrini, bilməmişəm, ay aman,

Gözləyirəm yolunu, gələcəksən nə zaman?

Acı dilim qurusun, günahkaram, bilirəm,

Ağlayıram, xeyri yox, göz yaşımı silirəm,

Xəyallara dalıram, dəlilərtək gülürəm.

Nə olar bağışla gəl, bu canım sənə qurban,

Gözləyirəm yolunu, gələcəksən nə zaman?

Heç çıxmırsan yadımdan, əlim yatmır bir işə,

Mənasızdır bu günüm, fikrim dönür keçmişə,

Özümdəndir özümə bu ağrılı əndişə,

Barı görəm kölgəni, arayıram yol, imkan,

Gözləyirəm yolunu, gələcəksən nə zaman?

Gələrsənmi? - Nə bilim, ümidimi kəsmirəm,

Heysiz düşüb qalmışam, daha coşub əsmirəm,

Demirdinmi bir vaxtlar səninçün mən "bəs birəm"?

Qayıt, gəl, gəl, nə olar, ürəyimə dərd-qadan,

Gözləyirəm yolunu, gələcəksən nə zaman?

lll

Bəxtəvərdik, Allah, necə bir zaman,

Hicran yoxdu, həsrət yoxdu, ay aman,

Min bir yerə getmirdi də zənn-güman.

Xəyalımdan ötür, keçir ah, nələr,

Dərdim tək bu: indi hanı o günlər?

Bitməzdi ki, söhbətimiz, sözümüz,

Ayrılmazdı baxışımız, gözümüz,

Tükənməzdi alovumuz, közümüz.

Bu əhvalı əvəz edib qəm-kədər,

Dərdim tək bu: indi hanı o günlər?

Qəlbimizdə duyğuların ən safı,

Hiss etməzdik, duymazdıq ki ətrafı,

İkimiz də eşq-məhəbbət sərrafı.

Eyni ruhlu, inanmazdım "çarx dönər"

Dərdim tək bu: indi hanı o günlər?

Sevinc, fərəh yolçumuzdu o dönəm

Bilməzdik biz ağrı-acı, qüssə-qəm,

Təsirsizdi başqa nəsə olsa kəm,

İndi tutub boğazımı ah, qəhər,

Dərdim tək bu: indi hanı o günlər?

Fələk işi! Mən bilirəm bunu, hə,

Dönməz geri, qayıtmaz yox şəkk-şübhə,

Keçib getdi dönüb xəfif bir mehə.

Dözəm gərək çarəm də yox birtəhər,

Dərdim tək bu: indi hanı o günlər?

lll

Yetişərik inanılmaz uğura,

Güc gələrik gələn dərddən ağıra,

Dayaq olluq yazıq məzlum-fağıra,

Tez açarıq işimizdə düyünü,

Həmrəy olsaq ilimizin hər günü.

Bu doğmalıq qəlbdə ola, dildə həm,

Sinə dolu, heç olmaya kəsir-kəm,

Ruhumuzda birgələsə, ola cəm,

Olar, butun hiss duyğudan üstünü,

Həmrəy olsaq, ilimizin hər günü.

Cavabımız çox sərt olar düşmənə,

Hədyanıyla taqqıldatsa hey çənə,

Qandırıraq igid kimdir, gəda nə,

Qoyub qaçar ev-eşiyi, mülkünü,

Həmrəy olsaq ilimizin hər günü.

Qərar verib uyğun gələn gərdişə

Tikib, qurub, yaradarıq həmişə,

Gözəlləşər yurdumuzda hər guşə,

Düz tapmaqla işlərin çəm-yönünü,

Həmrəy olsaq ilimizin hər günü.

Həmrəy olsaq, önümüzdə durar kim,

Kim bacarar, axı bizi yorar kim?

Sanmalıyıq həmrəyliyi dərs-təlim,

Çəkmək üçün xalqın-elin yükünü,

Həmrəy olsaq ilimizin hər günü.

lll

İstəyirsən halallıq,

Bağışlayım səhvini.

Yerimdə ol bir anlıq,

Qazanardım əfvini?

Sənə olan sevgimi

Ürəyimdə bitirdin.

Səndin onun hakimi,

Öz yerini itirdin.

Tutaq, söylədi dilim,

Qəlbim barışsın necə?

Göstər də bir yol, bilim,

O cür qovuş sevincə.

Eh, nə deyim, desənə,

Sevimliydin bir zaman.

Döndün yoldan ötənə,

İndi yersiz and-aman.

Bağışladım! Eşitdin?

Get ol əmin-arxayın,

Ətrafına bax, çəkin,

Dolaşmasın ayağın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri