Icma.az
close
up
RU
Rektor: Azərbaycan Universitetində müxtəlif tədbir və layihələrdə tələbələrin fəallığı yüksək qiymətləndirilir AZƏRTAC

Rektor: Azərbaycan Universitetində müxtəlif tədbir və layihələrdə tələbələrin fəallığı yüksək qiymətləndirilir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Biznes və iqtisadiyyat fakültəsinin bir qrup tələbəsi ilə görüşüb. Tələbələr Fidan Əlizadə, Rauf Əliyev və Nilufər Allahyarlı öz təşəbbüsləri ilə hazırladıqları universitetin tələbə həyatından bəhs edən videoçarxı rektora təqdim ediblər. Rektor tələbələrin fəallığını alqışladığını bildirib və onlarla birlikdə videoçarxı izləyib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, videoçarxda universitetin tələbə həyatının müxtəlif məqamları əks olunub. Tələbələr kitabxanada, auditoriyalarda, kompüter laboratoriyalarında, akt və konfrans zallarında, yeməkxanada çəkiliş aparıblar. Videoçarxda elmi kitabxananın fəaliyyətinə və Beynəlxalq əlaqələr şöbəsinin tələbələr üçün yaratdığı imkanlara xüsusi yer ayrılıb, tələbələrin universitet həyatı haqqında fikirləri də öz əksini tapıb.

Görüş rektorun tələbələrin ideya və təkliflərini, həmçinin gələcəyə dair planlarını dinləməsi ilə davam edib. Rektor təhsil həyatı və karyera planlaması, şəxsi inkişaf, o cümlədən dərsdənkənar vaxtların daha zəngin, rəngarəng və səmərəli olması üçün tələbələrə tövsiyələrini bildirib.

Nilufər Allahyarlı görüşdə rektora müəllifi olduğu “NyShee Car Service Motors” startap layihəsi haqqında məlumat verib. Qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Məqsədi Bakıda və bölgələrdə avtomobillərin təmiri üzrə unikal xidmətlər təklif etməkdir.

Tələbələrə uğurlar arzulayan Səadət Əliyeva bildirib ki, Azərbaycan Universitetində müxtəlif tədbir və layihələrin həyata keçirilməsində tələbələrin fəallığı yüksək qiymətləndirilir və diqqət mərkəzində saxlanılır. Universitet rəhbərliyi tələbələr tərəfindən irəli sürülən ideya və təşəbbüslərə bundan sonra da dəstək verməyə davam edəcək.

Qeyd edək ki, videoçarxın müəllifləri IV kurs tələbələridir. Fidan Əlizadə və Rauf Əliyev Marketinq (ingilis bölməsi) ixtisası üzrə, Nilufər Allahyarlı isə Biznesin idarə edilməsi (ingilis bölməsi) ixtisası üzrə təhsil alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri