Icma.az
close
up
RU
Rektor özünə yeni məsləhətçi təyin etdi Dosye

Rektor özünə yeni məsləhətçi təyin etdi Dosye

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoruna yeni məsləhətçi təyin edilib.

Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin rektoru, professor Ədalət Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Azadov UNEC rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçi vəzifəsinə gətirilib.

O, indiyədək ali məktəbin Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzinin direktoru olub.

Qeyd edək ki, Eldar Həsənxan oğlu Azadov 15 iyun 1954-cü il ildə Zəngilan rayonunda anadan olub. 1970-ci ildə 2 saylı Zəngilan şəhər orta məktəbini, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “tətbiqi riyaziyyat” fakultəsini bitirmiş, 1976-1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Kibernetika institutunda işləmişdir. 1977-1978-ci illərdə Litva Respublikasının Dövlət Plan Komitəsinin İqtisadiyyat institutunda staj keçmiş, 1980-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika institutunun aspiranturasına daxil olmuş və oxuduğu müddətdə (1981-1983-cü illər) Moskva İdarəetmə İnstitutuna ezam olunmuşdur.

1984-1988-ci illərdə Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində, 1988-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində müxtəlif vəzifələrdə işləmiş, 1991-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya institunda baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1999-cu ildən 03.04.2014-cü il tarixə qədər Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 3 aprel 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Mərkəzin direktoru vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

40-a yaxın elmi məqalənin, o cümlədən, “Oyunlar nəzəriyyəsi” (dərs vəsaiti, 1995), “Bələdiyyələr yerli idarəetmənin təşkilati formasıdır” (1998), “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” (2004), “Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər” (2005), “Dövlət idarəçiliyi: izahlı lüğət” (2006), “Dövlət idarəçilik nəzəriyyəsi” (dərslik, 2010) kimi 6 kitabın müəlliflərindən biridir.

1993-cü ildə “Şəhərin və şəhər təsərrüfatının inkişafının proqnozlaşdırılması üçün imitasiya modelinin işlənib hazırlanması” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə, dosent elmi adına layiq görülmüşdür. Yerli özünüidarəetmə, dövlət idarəçiliyi sahəsində elmi tədqiqatlarla məşğuldur.

Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə E.Azadov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri