Icma.az
close
up
RU
Rektor: Qarabağ Universiteti Tarixi Zəfərin beşinci ildönümünü sonsuz fəxarət hissi ilə qeyd edir

Rektor: Qarabağ Universiteti Tarixi Zəfərin beşinci ildönümünü sonsuz fəxarət hissi ilə qeyd edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xankəndi, 8 noyabr, AZƏRTAC

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü bu il ölkəmizdə xüsusi təntənə, dərin ehtiram və milli qürur hissi ilə qeyd olunur. Beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandıq. Bu Zəfər Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi – milli ruhun, siyasi iradənin və ədalətin təntənəsi kimi xalqımızın yaddaşında əbədi yer aldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor bildirib ki, liderlik, birlik və inam tarixi Zəfərin qazanılmasında həlledici rol oynadı. Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və xalqımızın öz liderinin ətrafında sıx birləşməsi bu Qələbənin ideoloji və mənəvi dayaqlarını formalaşdırdı, 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi ilə nəticələnən şanlı Zəfər təkcə hərbi Qələbə ilə məhdudlaşmadı. Azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesi müasir Azərbaycan dövlətinin qüdrətini, xalqımızın quruculuq iradəsini və gələcəyə inamını göstərir. Hər bir yeni şəhərin, kəndin, məktəbin və müəssisənin tikintisi həmin Zəfərin davamı, onun dinc və davamlı inkişafa çevrilmiş formasıdır.

Tarixi Zəfəri mümkün edən qəhrəmanlar – şəhidlərimiz və qazilərimiz Azərbaycan xalqının qəlbində əbədi yaşayırlar. Qarabağın hər qarışı onların yazdığı qəhrəmanlıq dastanının canlı yaddaşıdır. Onların göstərdiyi fədakarlıq, Vətən uğrunda canından keçənlərin əziz xatirəsi hər zaman dərin ehtiram və sonsuz minnətdarlıqla anılır.

Zəfərdən sonra ölkəmizdə dirçəliş dövrü başlandı. “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş torpaqlarda həyat yenidən canlanır – yollar, enerji xətləri, yaşayış məntəqələri, sənaye və sosial obyektlər inşa edilir. Lakin bu bərpa yalnız maddi deyil, eyni zamanda, mənəvi və intellektual dirçəlişdir. Qarabağda təhsilin, elmin və insan kapitalının inkişafı bu dirçəlişin əsas istiqamətlərindəndir.

Rektor qeyd edib ki, Böyük Qayıdışın tərkib hissəsi kimi Qarabağ Universitetinin yaradılması Qalib

Liderimizin strateji baxışının bariz nümunəsidir. Universitetin təsis edilməsi yalnız təhsil sisteminin coğrafi genişlənməsi deyil, həm də Zəfərin mənəvi və ideoloji mirasının təhsildə davam etdirilməsidir. Qarabağ Universiteti elmi-intellektual potensialı ilə Zəfərin ruhunu yaşadan ali təhsil müəssisəsidir. Burada yetişən gənclər təkcə bilik və bacarıq qazanmaqla kifayətlənmir, həm də Zəfər ideologiyasının daşıyıcılarına çevrilirlər.

Universitetin əsas missiyalarından biri Zəfər irsini yaşatmaq və onu gələcək nəsillərə ötürməkdir. Zəfər irsi təkcə hərbi qələbənin xatirəsini deyil, həm də bu Qələbənin yaratdığı mənəvi, siyasi, mədəni və tarixi dəyərləri ifadə edir. Qarabağ Universiteti bu dəyərləri tədris, tədqiqat və ictimai fəaliyyətin ayrılmaz hissəsinə çevirərək, Zəfərin mənəvi gücünü elmin və biliklərin işığında yaşatmağı əsas vəzifələrindən hesab edir.

“Qarabağ Universitetinin tələbə və əməkdaşları Tarixi Zəfərin beşinci ildönümünü sonsuz fəxarət hissləri ilə qeyd edirlər. Qarabağ Universiteti ailəsi olaraq Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, Zəfərimizin əbədi olmasını arzulayırıq. Qələbəni qazanmaq qədər onu qorumaq, onu elm, təhsil və yaradıcı əməyin gücü ilə daha da möhkəmləndirmək müqəddəs borcumuzdur. Əminik ki, Qarabağ Universitetində təhsil alan tələbələrinin timsalında doğma Qarabağımızda yetişən yeni nəsil – bilikli, vətənpərvər və məsuliyyətli gənclər bu Zəfərin əbədi yaşamasının təminatçısı olacaq, Azərbaycanın gələcəyini daha da parlaq edəcəklər”, - deyə rektor bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri