Icma.az
close
up
RU
Rektor QS forumunda BMU nun innovasiya modelini təqdim etdi Foto

Rektor QS forumunda BMU nun innovasiya modelini təqdim etdi Foto

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” tədbirində çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, “Building a globally recognised university from the region: Strategies and success stories” adlı panel müzakirələrdəki çıxışında və moderatorların suallarına cavabında rektor BMU-nun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi, qlobal reytinqlərdə mövqelərinin gücləndirilməsi, tədrisdə keyfiyyət təminatı və innovasiya yönümlü mühitin formalaşdırılması sahəsində əldə olunan nəticələri diqqətə çatdırıb.

O bildirib ki, universitet region üçün aktual məsələlərin həllində-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, enerji səmərəliliyi, yaşıl enerji, su təchizatı və tullantıların idarə olunması sahələrində fəal iştirak edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iri layihələr-azad edilmiş və digər ərazilərdə  “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, müasir infrastruktur və yüksək texnologiyalı sənaye parklarının inkişafı barədə məlumat verən rektor bütün bunların BMU üçün də geniş tədqiqat və innovasiya imkanları açdığını deyib.

Bu baxımdan 6000-dən çox tələbə və müəllimə innovativ xidmətlər təqdim edən, startap layihələrini reallaşdıran və beynəlxalq akkreditasiyaya malik BMU Texnoparkının fəaliyyətinə toxunan Yaqub Piriyev bildirib ki, Texnopark ekosistemi 30-dan artıq aktiv startap və innovasiya yönümlü inkişaf istiqamətlərini əhatə edir. Bunların əksəriyyəti “ağıllı şəhər” və “ağıllı kənd” sahəsinə aid olan layihələrdir. BMU tələbələrini beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etmək üçün süni intellekt, robototexnika və ağıllı texnologiyalar sahəsində təhsil proqramlarının daim yeniləndiyini vurğulayan rektor universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun tədbirlərini, o cümlədən BƏƏ Universiteti ilə birgə görülən işləri sadalayıb.

Y. Piriyev nəzərə çatdırıb ki, son iki ildə nüfuzlu reytinqlərdə mühüm irəliləyiş əldə edən BMU həmçinin beynəlxalq əməkdaşlıq vasitəsilə mühəndislik təhsilini dünya standartlarına uyğunlaşdırır. Cənubi Koreyanın İNHA Universiteti və Çinin Pekin Kimya Texnologiyaları Universiteti ilə həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq təhsil imkanı, praktiki bacarıqlar və dünya bazarında rəqabətqabiliyyətlilik qazandırır.

25-26 noyabr tarixlərində keçirilən “QS Avrasiya Forumu 2025” regionun ali təhsil müəssisələrinin inkişafına və qlobal akademik rəqabətliliyin artırılmasına xidmər edir. Tədbirə beynəlxalq təşkilatların nümayəndələri, akademik ekspertlər, təhsil sahəsində lider şəxslər qatılıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri