Rent a car dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəranda "Kia" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi tərəfindən ona “saxla” işarəsi verilib.
Lent.az xəbər verir ki, yoxlama zamanı sürücü H.Kəlbizadənin narkotik vasitədən istifadə etməsinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdiyi müəyyənləşib.
Bundan başqa, Lənkəran şəhəri ərazisində nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanlarından biri olmadan idarə olunan "Daewoo" markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Müvafiq müayinə zamanı həmin avtomobilin sürücüsü Ş.Səfərlinin də narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.
Hər iki sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 25 İyun 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















