Icma.az
close
up
RU
Repetitorlu yay mövsümü: Uşaqlar niyə istirahət etmir?

Repetitorlu yay mövsümü: Uşaqlar niyə istirahət etmir?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yay tətili məktəblilər üçün pedaqoji baxımdan vacib olan fiziki istirahət, emosional bərpa və sosial bacarıqların inkişafı üçün nəzərdə tutulan dövrdür. Lakin son illərdə Azərbaycanda yay aylarında uşaqların müxtəlif repetitor kurslarına və imtahan hazırlığı dərslərinə yönləndirilməsi geniş vüsət alıb. Bu tendensiya ilk baxışdan uşağın biliyinin artırılması kimi təqdim olunsa da, əslində həm pedaqoji yanaşmalara, həm də uşağın hüquqlarına zidd bir prosesə çevrilib. Yay tətilində davam edən bu akademik yüklənmə nə bilik keyfiyyətini artırır, nə də uşağın inkişafına real töhfə verir. Əksinə, tükənmə, motivasiya itkisi və təhsilə qarşı laqeydlik yaradır".

Bu fikirləri News24.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 31-ci maddəsində uşaqların istirahət, asudə vaxt və oyuna çıxış hüququ tanınır:

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 20.2-ci maddəsində də açıq şəkildə bildirilir ki, “təhsilalanın fiziki və psixoloji sağlamlığı onun təlim-tərbiyə prosesində nəzərə alınmalı və təmin edilməlidir.” Lakin praktikada bu hüquqlar yay aylarında pozulur. Yay mövsümündə minlərlə məktəbli hər gün repetitor yanına gedir, test hədəfləri ilə yüklənir və istirahətə ayırmalı olduğu vaxtı süni şəkildə dərs rejimi ilə əvəz edir. Bu isə nə qanunvericiliyin ruhuna, nə də müasir təhsil nəzəriyyəsinə uyğundur.

Statistik müşahidələr göstərir ki, yay aylarında ödənişli hazırlıq kurslarına və repetitorlara müraciət edən şagirdlərin sayı ildən-ilə artır. Bakı şəhərində aparılmış qeyri-rəsmi sorğulara əsasən, 8-ci sinifdən yuxarı siniflərdə oxuyan şagirdlərin təqribən 65-70 faizi yay aylarını müxtəlif hazırlıq kurslarında keçirir. Bu kursların böyük hissəsi isə dövlət təhsil proqramına deyil, yalnız qəbul imtahanlarının testlərinə əsaslanır. Nəticədə uşağın maraq dairəsi, sosial bacarıqları və yaradıcı təfəkkürü inkişaf etmir. Bu sistem uşaqda yalnız mexaniki öyrənmə və psixoloji təzyiq yaradır".

Ekspert, dünya təcrübəsi isə yay aylarında öyrənməni daha çox oyun, yaradıcılıq və tətbiqi fəaliyyətlərə əsaslanaraq həyata keçirdiyini bildirib. Məsələn, Finlandiyada yay məktəbləri yalnız könüllü əsaslarla təşkil olunur və bu məktəblərdə proqramın əsas məqsədi uşaqların sosiallaşması, təbiətlə ünsiyyət və praktik bacarıqların inkişafıdır- deyə o əlavə edib.

"Almaniyada yay aylarında “Ferienprogramm” adlanan mədəni və idman düşərgələri fəaliyyət göstərir, burada uşaqlar həm əylənir, həm də öyrənirlər. Bu modellərdə əsas prinsip öyrənmənin rəsmi dərsdən uzaq formada həyata keçirilməsidir".

K. Əsədov vurğulayıb ki, Azərbaycanda isə Elm və Təhsil Nazirliyi yay tətilinin necə təşkili ilə bağlı heç bir strateji yanaşma ortaya qoymur:

"Uşaqların yay istirahəti ilə bağlı nə metodiki vəsait var, nə də məktəblərə göndərilən tövsiyə sənədləri. Nazirlik bu prosesi sadəcə olaraq valideynlərin seçiminə buraxır. Lakin nəticədə valideynlər imtahan qorxusu ilə hərəkət edir, uşaqların isə hüquqları və maraqları arxa planda qalır. Bu, təkcə pedaqoji deyil, həm də sosial ədalət məsələsidir. Maddi imkanı olmayan ailələrin uşaqları yayda ya tamamilə boş qalır, ya da təzyiq altında dərs yükü daşıyır. Yəni sistem nə balanslı istirahəti, nə də keyfiyyətli yay təhsilini təmin edə bilir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə planlı fəaliyyət göstərir, nə də orta və uzunmüddətli proqnozlar verir. Halbuki hər tədris ilinin sonunda məktəblərə konkret təklif və tövsiyələr göndərilməli, yay müddətində uşaqlar üçün elmi-texniki yaradıcılıq mərkəzləri, STEAM düşərgələri, mütaliə festivalları və yay məktəbləri təşkil olunmalı idi. Mədəniyyət və turizm sektorları ilə inteqrasiya edilə biləcək proqramlarla uşaqların həm öyrənməsi, həm istirahəti təmin oluna bilərdi. Əvəzində isə nazirlik yay aylarında sadəcə dərs bitdiyi üçün təhsilin məsuliyyətini öz üzərindən götürür".

Həmçinin o, uşaqların yay aylarında müəyyən dərəcədə təkrar və möhkəmləndirici dərslərlə məşğul olması mümkündür və pedaqoji cəhətdən zəruri olduğunu da söyləyib. Lakin bu fəaliyyətlər könüllü əsaslarla, şagirdin marağına uyğun, oyun və layihə əsaslı formada həyata keçirilməlidir- deyə ardınca əlavə edib. Ekspert, əgər yay ayları da məktəb dönəminin davamına çevrilirsə, bu zaman istirahət anlayışı silinir və nəticədə uşaqda təhsilə qarşı daxili müqavimət yaranır- deyə diqqətə çatdırıb:

"Bu isə uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

Bütün bu arqumentlər onu göstərir ki, yay tətili nə yalnız istirahət dövrü, nə də təkrar dərs mərhələsi kimi görülməməlidir. Bu dövr balanslı şəkildə planlanmalı, həm psixoloji rahatlıq, həm də intellektual inkişaf təmin olunmalıdır. Bu balansı isə ancaq dövlət siyasəti, maarifləndirmə və real mexanizmlərlə qorumaq mümkündür. Əgər Elm və Təhsil Nazirliyi bu sahədə passivliyini davam etdirərsə, yaxın illərdə yay tətilləri uşaqlar üçün tükənmə dövrü, təhsil üçün isə motivasiya itkisi mərhələsinə çevriləcək. Bu isə nə milli təhsil maraqlarına, nə də uşağın inkişaf hüquqlarına xidmət edir".

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri