Icma.az
close
up
RU
Repetitorluq və şagirdlərin yüksək nəticəsi... ARAŞDIRMA

Repetitorluq və şagirdlərin yüksək nəticəsi... ARAŞDIRMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda LAYİHƏ YAZISI

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev brifinqdə repetitorluğun müsbət və mənfi tərəflərinin olduğunu və valideynin seçimindən asılı olduğunu bildirib. O, məktəb müəllimlərinin də repetitor fəaliyyəti göstərməsindən danışıb və müəllimin məktəbdə dərs keçdiyi şagirdinə repetitorluq etməsini qınayıb.

Bəs repetitorluq ləğv olunsa, uşaqlar yenə də yüksək nəticə göstərə bilərmi?

Bu barədə təhsil eksperti Elşən Qafarov Metbuat.az-a açıqlamasında bildirib ki, repetitorluğu yaradan səbəblər aradan qaldırılmadığı təqdirdə bunun ləğvi mümkün deyil. Repetitorluğa ehtiyac yaradan əsas amillərdən biri də Dövlət İmtahan Mərkəzinin hazırkı imtahan modelidir. Digər tərəfi isə repetitorluğun valideyn və uşaqdan başqa hamı məmnundur:

“Valideyn və uşaqdan başqa hamı valideynin ödədiyi vəsait hesabına qazanc əldə edir. Repetitorların hazırladığı şagirdlərin nəticələri isə məktəbin adına yazılır. Elm və Təhsil Nazirliyi də bundan məmnundur, çünki hazırkı sistemə görə bu nəticələr məktəblərin və nazirliyin uğuru kimi təqdim olunur. Bu yanaşma repetitorluğun aradan qaldırılmasına imkan vermir. Belə vəziyyətdə ən çox istismar olunan isə uşaqlardır. Onlar gün ərzində 10-12 saat ardıcıl dərs oxuyur, bu da onların psixoloji və fizioloji sağlamlığına ciddi zərər vurur. Valideynlər isə hər ay 300 manatdan 1500 manata qədər pul xərcləyirlər ki, bu da ailələrin maddi rifahına ciddi ziyan vurur”.

Onun sözlərinə görə, repetitorluq Azərbaycan cəmiyyətində çox dərin kök salmış bir fenomendir və onu aradan qaldırmaq üçün ciddi islahatlar lazımdır. Lakin hazırda bu islahatları aparmaqda maraqlı olan heç kim yoxdur.

Məsələ ilə bağlı təhsil eksperti Sevinc Purkeştasib də öz münasibini bildirib. O deyib ki, hazırki məktəblərdəki təhsil sisteminə görə repetitorluq ləğv olunsa, nəinki yüksək nəticə göstərmək, ümumiyyətlə heç nəticə olmayacaq:

“Repetitorluğu ləğv etmək istəyirlərsə, o zaman ilk növbədə gərək məktəblərdə islahatlar həyata keçirilsin. Məktəbdə hər səviyyədə şagird var, buna görə də köklü dəyişiklik ediməlidir. Məktəb əsl təhsil ocağına çevriləndən sonra bəlkə də repetitora ehtiyac qalmaz. Bunun üçün isə uzun bir zaman lazımdır. Həm də bir müəllim olaraq bunu hər zaman demişəm ki, müəllimlərdən az əmək haqqının qarşılığında çox şey tələb edirlər. Səmimi etiraf edək, əgər müəllim məktəbdə yüksək əmək haqqı alsa, niyə repetitorluq etsin və səhər 8-dən axşam 10-a kimi dərs keçsin? Yarım gün işləyib gününün yarısını evinə, ailəsinə sərf edər. Amma indiki zamanda müəllimin aldığı əmək haqqı çox az olduğu üçün repetitorluq etmək məcburiyyətində qalır”.

Bəs məktəb müəlliminin öz şagirdinə həm də repetitorluq etməsi ilə bağlı hansısa cəza tədbirlərinin və yaxud töhmətin olmasına gərək var?

Bu barədə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, bu fəaliyyətə görə hər hansı cəza və ya töhmət verilməsi doğru deyil. Burada əsas məsələ təhsilverənin etik qaydalara uyğun davranmasıdır:

“Müəllim özü düşünməlidir ki, sabah şagirdin valideyni və ya şagirdin özü hər hansı bir neqativ vəziyyətdə bunu onun üzünə vura bilər. Məsələn, "Mən sənə pul ödəyirəm" və ya "Valideynlərimin verdiyi pulla hərəkət edirsən" kimi ittihamlarla qarşılaşa bilər. Təəssüf ki, belə hallar baş verə bilər və ya artıq baş verir. Bu isə etik normaların pozulmasına, müəllim-şagird münasibətlərində səmimiyyətin itməsinə gətirib çıxarır. Lakin bu məsələdə Təhsil Nazirliyi və ya ona tabe qurumlar, məsələn, Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hər hansı cəza tədbirlərinin tətbiq edilməsi doğru yanaşma deyil və mümkün də deyil. Bununla belə, məktəb rəhbərliyi tərəfindən müəyyən tapşırıqlar və təlimatlar verilə bilər. Müəyyən qaydalar tətbiq edilə bilər ki, bu qaydalara riayət olunsun. Ancaq əgər kimsə bu qaydalara əməl etməsə, yenə də cəza tədbirləri tətbiq olunmamalıdır”.

E.Əfəndi müəllimlərin iş rejiminin vacibiyyətini də vurğulayıb. O qeyd edib ki, müəllimlərin iş saatları qanunvericiliyə uyğun şəkildə tənzimlənsə və onların məktəbdə olma müddətinə nəzarət gücləndirilsə, bəlkə də bu cür halların qarşısını almaq mümkün olar.

Təhsil eksperti Cahid İmanlı isə öz açıqlamasında repetitorluğu effekti azaltmaq yollarından danışıb. O bildirib ki, hazırda şagirdlər daha çox 9-cu və 11-ci sinif imtahanlarına hazırlaşırlar. Bu zaman da müəyyən problemlər meydana çıxır:

“Belə ki, şagirdlərin həmin sinfə qədər keçdikləri mövzuları yenidən təkrar etməyə ciddi ehtiyacı yaranır. Məhz bu səbəbdən onlar repetitorlara müraciət edirlər. Çünki hazırda məktəb müəllimlərinin dərs proqramında şagirdlərin təkrar oxuması üçün əlavə saatlar ayrılmayıb. İkinci bir məsələ isə budur ki, bəzi şagirdlər müəllimin dərs keçmə metodundan razı qalmaya bilərlər. Məsələn, şəhər məktəblərində sinifdə 30-dan yuxarı, bəzən 34-38 şagird olur. Belə olan halda, dərsin keyfiyyətli təşkil olunmasından danışmaq çətindir. Bununla yanaşı, şagirdlərin intizamsızlığına görə heç bir rəsmi cəza tədbiri görülmür. Bu da sinifdə idarəetməni çətinləşdirir, həm şagirdlərin öyrənmə, həm də müəllimlərin öyrətmə effektivliyini aşağı salır. Həm də hər şagird keyfiyyətli müəllim istəyir. Yəni, bəzi məktəblərdə şagirdlər öz müəllimlərindən gözlədikləri bilik və peşəkarlığı görmədiklərinə görə repetitor yanına getməyə məcbur olurlar. Bunun da əsas məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik şagirdləri peşəkar, savadlı müəllimlərlə təmin etməlidir”.

Ekspertin sözlərinə görə, şagirdlərin repetitor müəllimlərə müraciət etməsinin ən əsas səbəblərindən biri də budur ki, real vəziyyətdə şagirdlər orta məktəblərdə qrup ayrılığı olmadan eyni siniflərdə dərs keçirlər:

“Bu isə universitetə hazırlıq prosesini çətinləşdirir. Digər əsas məsələ siniflərdə şagird sayının azaldılmasıdır. Xüsusilə şəhər və qəsəbə məktəblərində şagird sayı həddindən artıq çoxdur. Bununla bağlı Təhsil Nazirliyi bu ildən pilot layihəyə start verib. Layihə çərçivəsində beş məktəbdə – Sumqayıtda və digər regionlarda yalnız 11-ci sinif şagirdləri üçün xüsusi məktəblər açılıb və bu məktəblərdə qruplar üzrə tədris aparılır. Bu, repetitorluğun ləğvi istiqamətində atılan ən mühüm addımlardan biridir. Bu istiqamətdə başqa bir yol isə buraxılış imtahanlarının bütün əsas fənləri əhatə etməsi ola bilər. Hazırda buraxılış imtahanları yalnız ana dili, riyaziyyat və xarici dil fənlərindən keçirilir. Nəticədə şagirdlər səkkizinci sinifdən başlayaraq digər fənlərə – ədəbiyyat, tarix, coğrafiya, biologiya, fizika və s. – ikinci dərəcəli yanaşırlar. Bunu aradan qaldırmaq üçün ən düzgün qərar bütün fənlərdən buraxılış imtahanlarının keçirilməsidir. Bu halda şagirdlər məktəbdə hər fənnə eyni səviyyədə hazırlaşmalı olacaqlar. Lakin bu imtahanlar orta məktəb səviyyəsinə uyğun tərtib edilməli və şagirdlərin əlavə yüklənməsinin qarşısı alınmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Fevral 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri