Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Repetitorluq təhsil sisteminin problemi, yoxsa xilas yoludur? ARAŞDIRMA

Repetitorluq təhsil sisteminin problemi, yoxsa xilas yoludur? ARAŞDIRMA

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev brifinqdə repetitorluğun müsbət və mənfi tərəflərinin olduğunu və valideynin seçimindən asılı olduğunu bildirib. O, məktəb müəllimlərinin də repetitor fəaliyyəti göstərməsindən danışıb və müəllimin məktəbdə dərs keçdiyi şagirdinə repetitorluq etməsini qınayıb.

Bəs repetitorluq ləğv olunarsa, uşaqlar yenə də yüksək nəticə göstərə bilərmi?

Təhsil eksperti Elşən Qafarov Metbuat.az-a bildirib ki, repetitorluğun səbəbləri aradan qaldırılmadıqca, onun tamamilə ləğvi mümkün deyil. Repetitorluğa tələbatın əsas səbəblərindən biri Dövlət İmtahan Mərkəzinin mövcud imtahan modelidir. Digər tərəfdən, repetitorluqdan yalnız valideynlər və şagirdlər narazıdır, qalan hər kəs isə bundan məmnundur.

“Valideyn və uşaqdan başqa hamı valideynin ödədiyi vəsait hesabına qazanc əldə edir. Repetitorların hazırladığı şagirdlərin nəticələri isə məktəbin adına yazılır. Elm və Təhsil Nazirliyi də bundan məmnundur, çünki hazırkı sistemə görə bu nəticələr məktəblərin və nazirliyin uğuru kimi təqdim olunur. Bu yanaşma repetitorluğun aradan qaldırılmasına imkan vermir. Belə vəziyyətdə ən çox istismar olunan isə uşaqlardır. Onlar gün ərzində 10-12 saat ardıcıl dərs oxuyur, bu da onların psixoloji və fizioloji sağlamlığına ciddi zərər vurur. Valideynlər isə hər ay 300 manatdan 1500 manata qədər pul xərcləyirlər ki, bu da ailələrin maddi rifahına ciddi ziyan vurur”.

Onun sözlərinə görə, repetitorluq Azərbaycan cəmiyyətində çox dərin kök salmış bir fenomendir və onu aradan qaldırmaq üçün ciddi islahatlar lazımdır. Lakin hazırda bu islahatları aparmaqda maraqlı olan heç kim yoxdur.

Məsələ ilə bağlı təhsil eksperti Sevinc Purkeştasib də fikirlərini bölüşüb. O bildirib ki, mövcud təhsil sistemi şəraitində repetitorluq ləğv olunsa, təkcə yüksək nəticə əldə etmək deyil, ümumiyyətlə nəticə qazanmaq mümkün olmayacaq.

“Repetitorluğu ləğv etmək istəyirlərsə, o zaman ilk növbədə gərək məktəblərdə islahatlar həyata keçirilsin. Məktəbdə hər səviyyədə şagird var, buna görə də köklü dəyişiklik ediməlidir. Məktəb əsl təhsil ocağına çevriləndən sonra bəlkə də repetitora ehtiyac qalmaz. Bunun üçün isə uzun bir zaman lazımdır. Həm də bir müəllim olaraq bunu hər zaman demişəm ki, müəllimlərdən az əmək haqqının qarşılığında çox şey tələb edirlər. Səmimi etiraf edək, əgər müəllim məktəbdə yüksək əmək haqqı alsa, niyə repetitorluq etsin və səhər 8-dən axşam 10-a kimi dərs keçsin? Yarım gün işləyib gününün yarısını evinə, ailəsinə sərf edər. Amma indiki zamanda müəllimin aldığı əmək haqqı çox az olduğu üçün repetitorluq etmək məcburiyyətində qalır”.

Bəs məktəb müəlliminin öz şagirdinə həm də repetitorluq etməsi ilə bağlı hansısa cəza tədbirlərinin və yaxud töhmətin olmasına gərək var?

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, bu fəaliyyətə görə hər hansı cəza və ya töhmət verilməsi doğru deyil. Burada əsas məsələ təhsilverənin etik qaydalara uyğun davranmasıdır:

“Müəllim özü düşünməlidir ki, sabah şagirdin valideyni və ya şagirdin özü hər hansı bir neqativ vəziyyətdə bunu onun üzünə vura bilər. Məsələn, "Mən sənə pul ödəyirəm" və ya "Valideynlərimin verdiyi pulla hərəkət edirsən" kimi ittihamlarla qarşılaşa bilər. Təəssüf ki, belə hallar baş verə bilər və ya artıq baş verir. Bu isə etik normaların pozulmasına, müəllim-şagird münasibətlərində səmimiyyətin itməsinə gətirib çıxarır. Lakin bu məsələdə Təhsil Nazirliyi və ya ona tabe qurumlar, məsələn, Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hər hansı cəza tədbirlərinin tətbiq edilməsi doğru yanaşma deyil və mümkün də deyil. Bununla belə, məktəb rəhbərliyi tərəfindən müəyyən tapşırıqlar və təlimatlar verilə bilər. Müəyyən qaydalar tətbiq edilə bilər ki, bu qaydalara riayət olunsun. Ancaq əgər kimsə bu qaydalara əməl etməsə, yenə də cəza tədbirləri tətbiq olunmamalıdır”.

E.Əfəndi müəllimlərin iş rejiminin vacibiyyətini də vurğulayıb. O qeyd edib ki, müəllimlərin iş saatları qanunvericiliyə uyğun şəkildə tənzimlənsə və onların məktəbdə olma müddətinə nəzarət gücləndirilsə, bəlkə də bu cür halların qarşısını almaq mümkün olar.

Təhsil eksperti Cahid İmanlı isə öz açıqlamasında repetitorluğun təsirini azaltmağın yollarından danışıb. O bildirib ki, hazırda şagirdlər əsasən 9-cu və 11-ci sinif imtahanlarına hazırlaşırlar və bu proses zamanı müəyyən problemlər ortaya çıxır.

“Belə ki, şagirdlərin həmin sinfə qədər keçdikləri mövzuları yenidən təkrar etməyə ciddi ehtiyacı yaranır. Məhz bu səbəbdən onlar repetitorlara müraciət edirlər. Çünki hazırda məktəb müəllimlərinin dərs proqramında şagirdlərin təkrar oxuması üçün əlavə saatlar ayrılmayıb. İkinci bir məsələ isə budur ki, bəzi şagirdlər müəllimin dərs keçmə metodundan razı qalmaya bilərlər. Məsələn, şəhər məktəblərində sinifdə 30-dan yuxarı, bəzən 34-38 şagird olur. Belə olan halda dərsin keyfiyyətli təşkil olunmasından danışmaq çətindir. Bununla yanaşı, şagirdlərin intizamsızlığına görə heç bir rəsmi cəza tədbiri görülmür. Bu da sinifdə idarəetməni çətinləşdirir, həm şagirdlərin öyrənmə, həm də müəllimlərin öyrətmə effektivliyini aşağı salır. Eyni zamanda hər şagird keyfiyyətli müəllim istəyir. Yəni bəzi məktəblərdə şagirdlər öz müəllimlərindən gözlədikləri bilik və peşəkarlığı görmədiklərinə görə repetitor yanına getməyə məcbur olurlar. Bunun da əsas məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik şagirdləri peşəkar, savadlı müəllimlərlə təmin etməlidir”.

Ekspertin sözlərinə görə, şagirdlərin repetitor müəllimlərə müraciət etməsinin əsas səbəblərindən biri də orta məktəblərdə qrup ayrılığı olmadan, bütün şagirdlərin eyni sinifdə dərs keçməsidir:

“Bu isə universitetə hazırlıq prosesini çətinləşdirir. Digər əsas məsələ siniflərdə şagird sayının azaldılmasıdır. Xüsusilə şəhər və qəsəbə məktəblərində şagird sayı həddindən artıq çoxdur. Bununla bağlı Təhsil Nazirliyi bu ildən pilot layihəyə start verib. Layihə çərçivəsində beş məktəbdə – Sumqayıtda və digər regionlarda yalnız 11-ci sinif şagirdləri üçün xüsusi məktəblər açılıb və bu məktəblərdə qruplar üzrə tədris aparılır. Bu, repetitorluğun ləğvi istiqamətində atılan ən mühüm addımlardan biridir. Bu istiqamətdə başqa bir yol isə buraxılış imtahanlarının bütün əsas fənləri əhatə etməsi ola bilər. Hazırda buraxılış imtahanları yalnız ana dili, riyaziyyat və xarici dil fənlərindən keçirilir. Nəticədə şagirdlər səkkizinci sinifdən başlayaraq digər fənlərə – ədəbiyyat, tarix, coğrafiya, biologiya, fizika və s. – ikinci dərəcəli yanaşırlar. Bunu aradan qaldırmaq üçün ən düzgün qərar bütün fənlərdən buraxılış imtahanlarının keçirilməsidir. Bu halda şagirdlər məktəbdə hər fənnə eyni səviyyədə hazırlaşmalı olacaqlar. Lakin bu imtahanlar orta məktəb səviyyəsinə uyğun tərtib edilməli və şagirdlərin əlavə yüklənməsinin qarşısı alınmalıdır”, - deyə Cahid İmanlı fikirlərini yekunlaşdırıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Fevral 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri