Icma.az
close
up
RU
Azərbaycan ilə Gürcüstan arasında rəqabət siyasəti və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq gücləndiriləcək

Azərbaycan ilə Gürcüstan arasında rəqabət siyasəti və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq gücləndiriləcək

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Dövlət Agentliyi ilə Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi arasında Qarşılıqlı Fəaliyyət Planı imzalanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbəri Tural İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində keçirilən “Rəqabət və istehlakçıların müdafiəsi” mövzusunda IV beynəlxalq konfransda iştirak edib.

Üç gün müddətində davam edən konfrans çərçivəsində davamlı iqtisadi inkişafın təmin edilməsində rəqabət siyasətinin rolu, rəqabət mühitinin tənzimlənməsində qlobal yanaşmalar, eləcə də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud trendlər və çağırışlara dair təqdimatlar edilib, panel müzakirələri təşkil olunub.

Agentliyin Hüquq şöbəsinin əməkdaşı Şəhla Eyvazzadə “Tənzimlənən sektorlarda rəqabət siyasəti: çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxış edərək tənzimlənən bazarlarda rəqabət mühitinin formalaşdırılması, istehlakçıların hüquqlarının qorunması və bu istiqamətdə tətbiq olunan hüquqi və institusional mexanizmlər barədə məlumat verib.

Panel müzakirələrində, həmçinin istehlakçı hüquqlarının müdafiəsində beynəlxalq təşkilatların rolu, bu sahədə tənzimləyici qurumların, eləcə də qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə və davamlı inkişafa nail olmaq üçün tətbiq edilən qlobal mexanizmlərə dair fikir mübadiləsi aparılıb, təqdimatlar nümayiş etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi arasında Qarşılıqlı Fəaliyyət Planı imzalanıb. Sözügedən sənəd iki qurum arasında rəqabət siyasəti və istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri