Rəqəmsal dünyada yeni güc mərkəzi
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türk dünyasının nüfuzlu alimi professor Aygün Attar TİMBİR-in Ali Məşvərət Şurasının üzvü seçilib
Türk dünyasının tanınmış alimi və ictimai xadimi, professor Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yaradılmış beynəlxalq təşkilatın – Türk İnternet Media Birliyinin (TİMBİR) Ali Məşvərət Şurasının üzvü seçilib. Bu mühüm təyinat türk dünyasının ortaq informasiya məkanının inkişafı, rəqəmsal media sahəsində strateji əməkdaşlığın gücləndirilməsi və beynəlxalq kommunikasiya imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 mart 2023-cü il tarixli razılığı əsasında beynəlxalq təşkilat statusunda fəaliyyət göstərmək hüququ qazanan Türk İnternet Media Birliyi müasir informasiya mühitində medianın imkanlarının birləşdirilməsi, rəqəmsal jurnalistikanın inkişafı və türk dövlətləri arasında informasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
TİMBİR-in baş direktoru, doktor Süleyman Basa tərəfindən imzalanmış rəsmi sənəddə professor Aygün Attarın Ali Məşvərət Şurasına üzvlüyü təsdiqlənir, onun təşkilatın institusional baxışına, fəaliyyət istiqamətlərinə və beynəlxalq əməkdaşlıq perspektivlərinə mühüm töhfələr verəcəyinə əminlik ifadə olunur.
Müasir dünyada rəqəmsal media ictimai rəyin formalaşmasına təsir göstərən kommunikasiya vasitəsi olmaqla yanaşı, dövlətlərin beynəlxalq nüfuzuna, siyasi qərarların qəbuluna, informasiya təhlükəsizliyinə və geosiyasi rəqabətin dinamikasına təsir edən strateji gücə çevrilib. Qlobal informasiya axınlarının sürətləndiyi, süni intellekt texnologiyalarının media məkanını köklü şəkildə dəyişdirdiyi bir dövrdə rəqəmsal platformalar üzərində əməkdaşlıq türk dövlətləri üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan TİMBİR-in fəaliyyəti türk dünyasının informasiya müstəqilliyinin möhkəmləndirilməsi, ortaq kommunikasiya strategiyalarının işlənib hazırlanması, dezinformasiya ilə mübarizə və beynəlxalq ictimaiyyətə etibarlı məlumatların çatdırılması istiqamətində yeni imkanlar yaradır.
Professor Aygün Attarın təşkilatın ali məşvərət strukturunda təmsil olunması həm Azərbaycan, həm də Türkiyənin elmi və ictimai fikrinin bütün türk dünyasının beynəlxalq media platformalarında iştirakının genişlənməsi baxımından da diqqətəlayiq hadisədir.
Uzun illər Türkiyə və Azərbaycan arasında elmi, mədəni və ictimai əlaqələrin inkişafına töhfələr verən professor Aygün Attar türk dünyasının inteqrasiyası, ortaq tarixi-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması və akademik əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyəti ilə tanınır.
Onun Ali Məşvərət Şurasına seçilməsi elmi təcrübənin, strateji təfəkkürün və beynəlxalq ictimai fəaliyyətin rəqəmsal media diplomatiyası ilə birləşdirilməsi üçün əlavə perspektivlər açır.
Xüsusilə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə daha yüksək strateji mərhələyə yüksəlmiş müttəfiqlik münasibətləri fonunda informasiya və media sahələrində institusional əməkdaşlığın genişləndirilməsi mühüm aktuallıq daşıyır. Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsi isə ortaq informasiya siyasətinin əlaqələndirilməsini, media resurslarının qarşılıqlı fəaliyyətini və beynəlxalq informasiya mühitində türk dünyasının mövqelərinin möhkəmləndirilməsini zəruri edir.
Bu prosesdə TİMBİR kimi beynəlxalq media platformalarının və onların məşvərət strukturlarının rolu xüsusilə əhəmiyyətlidir.
Professor Aygün Attarın Ali Məşvərət Şurasında fəaliyyəti Azərbaycan–Türkiyə media əməkdaşlığının inkişafına, türk dünyasının intellektual potensialının beynəlxalq informasiya məkanında daha geniş təmsil olunmasına və ortaq strateji kommunikasiya təşəbbüslərinin təşviqinə töhfə vermək potensialına malikdir.
Rəqəmsal transformasiyanın qlobal siyasi və ictimai münasibətləri yenidən formalaşdırdığı indiki mərhələdə informasiya məkanında güclü təmsilçilik dövlətlərin və xalqların gələcək inkişaf strategiyalarının əsas istiqamətlərindən birinə çevrilir. Türk dünyasının bu prosesdə koordinasiyalı və institusional şəkildə iştirak etməsi isə ortaq maraqların müdafiəsi və beynəlxalq nüfuzun artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Əbülfəz Babazadə
xüsusi olaraq XQ üçün
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 09 Oktyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















