Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Rəqəmsal güc strategiyasının yeni manifesti

Rəqəmsal güc strategiyasının yeni manifesti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Süni intellekt infrastrukturunun inkişafında Azərbaycanın enerji potensialı həlledici rol oynayır

Böyük siyasət XXI əsrin ortalarına doğru irəlilədikcə dünyanın strateji prioritetləri də dəyişir. Ötən əsrin sonlarında neft və qaz qlobal güc balansının mərkəzində idisə, bu gün məlumat, süni intellekt və onların işləməsi üçün tələb olunan enerji də eyni mövqedə dayanır. Sözügedən kontekstdə dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatları xüsusi diqqət çəkir.

Ölkəmizin başçısı qeyd etdi ki, informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması haqqında Slovakiya ilə fikir mübadiləsi aparılıb: “Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti 5 il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.

Bəli, Prezident İlham Əliyevin fikirləri bir daha Azərbaycanın enerji ixracatçısı olmaqla kifayətlənmədiyini, həm də qlobal rəqəmsal infrastrukturun formalaşmasında aparıcı mövqeyə iddialı olduğunu göstərdi. Vurğulanmalıdır ki, süni intellekt sistemlərinin fəaliyyəti böyük enerji tələb edir. Bu səbəbdən dünyanın bir sıra aparıcı şirkətləri artıq daha stabil və ucuz enerji mənbələri olan məkanlara üz tuturlar. Şübhəsiz, mövzuya dair spesifik məqamlar var və onlara diqqət yetirək.

Avropa ölkələri enerji böhranı və artan tələbatla üzləşdiyi bir zamanda texnoloji sektor üçün münasib şərait tapmaqda çətinlik çəkirlər. Yəni Azərbaycanın təqdim etdiyi üstünlüklər məhz belə bir durumda xüsusi diqqət çəkir. Mövcud sahədə ölkəmizin göstəriciləri dünya miqyasında nadir sayılır. Nəzərə alaq ki, bu gün enerji süni intellekt hesablamaları üçün əvəzsiz resursa çevrilib. Respublikamızın onu sabit, uzunmüddətli və siyasi risklərdən uzaq şəkildə təmin etməsi sözügedən sahədə inkişafımız üçün üstünlük yaradır. Axı enerji dayanıqlılığı artıq data mərkəzlərinin yerləşdirilməsi üçün əsas seçim kriteriyasına çevrilir.

Azərbaycanın enerji strategiyası uzun illər ərzində mərhələli şəkildə transformasiyaya uğrayıb. “Əsrin müqaviləsi” ilə başlayan enerji epoxası artıq yeni bir istiqamət alıb. Belə ki, enerji siyasətinin təməli əvvəlcə neft və qaz üzərində qurulmuşdusa, daha sonra külək, günəş və hidropotensial kimi bərpaolunan mənbələr bu yanaşmanı zənginləşdirdi. İndi isə üçüncü mərhələ - rəqəmsal enerji dövrüdür. Bu dövrdə enerji həm də texnologiyanın özü üçün zəruri şərtdir. Nəzərə alsaq ki, süni intellekt sistemlərinin genişmiqyaslı fəaliyyəti onların yerləşdirildiyi data mərkəzlərindən asılıdır, həmin mərkəzlərin fasiləsiz enerji tələb etdiyi də əsas götürülməlidir. Məhz bu səbəbdən Azərbaycanın enerji strategiyası texnoloji inkişafın əsas dayağına çevrilir.

Prezident İlham Əliyevin soyuq bölgələrlə bağlı vurğusu da mövcud kontekstdə əhəmiyyətlidir. Dağlıq və soyuq iqlimli ərazilər data mərkəzləri üçün ideal şərait yaradır, çünki onların soyutma sistemində enerji sərfiyyatı kəskin azalır. Qusar, Qəbələ, eyni zamanda, işğaldan azad olunmuş Kəlbəcər, Laçın kimi bölgələrin gələcəkdə qlobal texnologiya investisiyalarının cəmləndiyi mərkəzlərə çevrilmələri ehtimalı yüksəkdir. Data mərkəzlərinin yerləşdirilməsi üçün ideal məkanların seçilməsinə gəldikdə isə məsələ sadəcə enerji ilə bitmir. İqlim, relyef, hava axınlarının sabitliyi, torpaq strukturu, logistika imkanları və siyasi təhlükəsizlik də bu baxımdan mühüm rol oynayır. Azərbaycanın dağlıq regionları sadalanan parametrlərin böyük əksəriyyətini özündə birləşdirir.

Soyuq iqlimli bölgələr illik temperatur dinamikasına görə data mərkəzlərinin texniki tələblərinə uyğun gəlir. Bu ərazilərdə havanın uzun müddət aşağı olması soyutma xərclərini optimallaşdırır. Hətta dünyanın aparıcı texnoloji mərkəzlərində belə bu cür əlverişli təbii şərait hər yerdə mövcud deyil.

Süni intellekt sistemlərinin gələcək inkişafına gəldikdə, bu, enerji təminatı ilə bilavasitə bağlıdır. Çünki gücün təmin olunacağı ölkələrin gələcəkdə qlobal rəqəmsal iqtisadiyyatın əsas oyunçularına çevrilmələri nəzərdə tutulub. Son dövrlər məlumatın qlobal həcmi də sürətlə artır. Bu, istər süni intellekt modellərinin inkişafı, istər bulud texnologiyalarının genişlənməsi, istərsə də dünya iqtisadiyyatının tam rəqəmsallaşması ilə izah olunur. Data mərkəzləri iqtisadiyyatın yeni sənaye obyektinə, onların yerləşdiyi ölkələr qlobal rəqəmsal proseslərin mərkəzinə çevrilir. Həmin iqtisadi modelin əsas dayağı isə enerjidir. Enerji sabitdirsə, ölkə rəqəmsal sistemlərin dayanıqlı məkanı kimi daha da əhəmiyyət qazanır. Azərbaycanın bu sahədə təqdim etdiyi imkanlar ölkəmizi qlobal miqyasda yeni oyunçu statusuna yüksəldir. Respublikamızın siyasi sabitliyi prosesdə həlledici amildir - data mərkəzləri 20–30 illik fəaliyyət dövrü üçün qurulduğundan, uzunmüddətli siyasi risklər minimuma endirilməlidir.

Beləliklə, dünyanın texnoloji xəritəsi hazırda sürətlə yenidən formalaşır. Avropada enerji asılılığı və rəqəmsal transformasiya, ABŞ ilə Çin arasında texnoloji rəqabətin kəskinləşməsi, süni intellekt modellərinin sürətlə böyüməsi və rəqəmsal iqtisadiyyatın genişlənməsi Azərbaycan üçün tarixi imkan yaradıb. Bratislava bəyanatı da məhz sözügedən proseslərin mərkəzində ölkəmizin öz rolunu dəqiq müəyyənləşdirdiyini göstərir.

N.BEYDİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri