Icma.az
close
up
RU
“Rəqəmsal həllərdə dövlət özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

“Rəqəmsal həllərdə dövlət özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan İnnovasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri üçün agentliyin təqdim etdiyi rəqəmsal həllər, onların biznes proseslərində tətbiqi və yaratdığı imkanlar təqdim olunub.

Sessiya zamanı agentliyin İdarə Heyəti sədrinin müşaviri Mehdi Cavadov rəqəmsal transformasiyanın biznes mühitinin inkişafındakı rolundan danışaraq “digital.finance”, RSD və “mygov ID” kimi məhsulların sahibkarların fəaliyyətinin daha səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb. Həmçinin rəqəmsal hökumətə keçid çərçivəsində həyata keçirilən təşəbbüslər və sahibkarlıq subyektlərinin rəqəmsallaşmasına dəstək istiqamətində görülən işlər barədə məlumat verilib.

Daha sonra agentliyin Strateji tərəfdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov “Biznes üçün Rəqəmsal Hökumət Həlləri: rəqəmsal inkişaf üçün tərəfdaşlıq” mövzusunda təqdimatla çıxış edib. Təqdimat çərçivəsində dövlət və özəl sektor arasında rəqəmsal əməkdaşlıq imkanları, mövcud həllərin biznes proseslərinə inteqrasiyası və onların yaratdığı üstünlüklər müzakirə olunub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal hökumət həllərinin özəl sektor üçün daha əlçatan edilməsi, sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasına dəstək göstərilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri