Icma.az
close
up
RU
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.

BAKU.WS RİNN-ə istinadən xəbər verir ki, həmin tədbirlərə "Yaşıl Rəqəmsal Fəaliyyət" üzrə yüksəksəviyyəli dəyirmi masa, "Yaşıl şəhər nəqliyyatı", "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzularında nazirlərin dəyirmi masası, həmçinin "Beynəlxalq aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.

"Yaşıl Rəqəmsal Fəaliyyət" üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada "Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası", "Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi", "Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması", "Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi", "Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması" mövzuları müzakirə olunacaq.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masada "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.

Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti - "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.

Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.

Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.

"Beynəlxalq aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.

Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün "xalis sıfır" (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see655

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see177

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see152

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see152

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see149

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see147

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see144

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see142

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see140

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see139

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see138

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see136

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see131

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see130

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see128

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see128

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see127

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see124

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see123

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri