Icma.az
close
up
RU
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri arasında görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmiləri arasında görüş keçirilib

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib.

Görüşdə 2024-cü il 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub. Həmçinin aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici qurumun fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə nəzərdə tutulan planlar barədə fikir mübadiləsi aparılıb. 

Aviasiya qəzalarının araşdırılmasının prioritet olduğunu qeyd edən ICAO nümayəndələri bu sahədə Azərbaycanın müvafiq dəstəyinin zəruriliyini bildiriblər. Tərəflər mülki aviasiya uçuşlarının bütün təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə aviasiya və uçuşların təhlükəsizliyi istiqamətləri üzrə tənzimləmənin təkmilləşdirilməsi, habelə effektiv dövlət nəzarətinin həyata keçirilməsini dəstəkləmək və ICAO-nun standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə təlim proqramlarının həyata keçirilməsinin vacibliyi bildirilib. Bundan əlavə, müxtəlif sahələr üzrə ICAO tərəfindən texniki yardım proqramları çərçivəsində təyin olunan ekspertlərin iştirakı ilə potensialın gücləndirilməsi sahəsində tərəfdaşlığa xüsusi diqqət yetirilməsi barəsində razılığa gəlinib. ICAO-nun Bacarıqların İnkişafı və İcra Bürosu (CDI) vasitəsilə ikitərəfli əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Tərəflər ICAO ilə Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Respublikasının operatorları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq standartların qlobal miqyasda tətbiqində ICAO ilə birgə fəaliyyətin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri