Icma.az
close
up
RU
“Rəqəmsal iqtisadiyyat Azərbaycanda innovasiya və məşğulluq imkanlarını genişləndirir” İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

“Rəqəmsal iqtisadiyyat Azərbaycanda innovasiya və məşğulluq imkanlarını genişləndirir” İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Rəqəmsal iqtisadiyyat Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, biznes mühitinin liberallaşdırılması və innovasiya potensialının artırılması baxımından mühüm imkanlar yaradır. Əsas olaraq, rəqəmsal transformasiya dövlət və özəl sektorun fəaliyyətini sürətləndirir, kağızsız sənəd dövriyyəsi və elektron xidmətlər vasitəsilə xərcləri əhəmiyyətli dərəcədə azaldır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, həm bizneslər üçün əməliyyat xərclərinin aşağı salınması, həm də vətəndaşlar üçün xidmətlərin daha rahat və çevik əldə olunması deməkdir: "Rəqəmsal iqtisadiyyatın inkişafı startaplar və texnoloji təşəbbüslər üçün əlverişli mühit yaradır. Bu proses innovativ ideyaların reallaşdırılmasını sürətləndirir, kiçik və orta sahibkarlığın inkişafına təkan verir və yeni texnologiyaların iqtisadiyyata inteqrasiyasını asanlaşdırır. Məsələn, fintech, e-ticarət, proqramlaşdırma, data analitika və kibertəhlükəsizlik kimi sahələrdə yeni peşələr formalaşır, bu da məşğulluq imkanlarını genişləndirir və gənc nəsil üçün perspektivlər açır. Eyni zamanda, rəqəmsal həllər kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında məhsuldarlığı artırmağa kömək edir. Aqrar sektorda “smart” texnologiyalar vasitəsilə resurslardan səmərəli istifadə olunur, məhsulun keyfiyyəti və ixrac potensialı yüksəlir. Sənaye müəssisələrində isə rəqəmsal idarəetmə sistemləri istehsal proseslərinin optimallaşdırılmasına və xərclərin azaldılmasına imkan verir.

Rəqəmsal xidmətlər və e-ticarət həm də vətəndaşlara daha rahat və şəffaf xidmət təqdim edir, ölkədə korrupsiyanın qarşısının alınmasına töhfə verir və iqtisadiyyatın rəqabət qabiliyyətini artırır. Bu proses ölkənin beynəlxalq iqtisadi əlaqələrini gücləndirir, xarici investorlar üçün cəlbedici mühit yaradır və Azərbaycana qlobal iqtisadi trendlərə daha sürətli inteqrasiya olunmaq imkanı verir. Nəticədə, rəqəmsal iqtisadiyyat yalnız texnoloji yenilik və biznes imkanları yaratmaqla kifayətlənmir, həm də iqtisadi artımın dayanıqlı olmasını təmin edir, məşğulluq imkanlarını artırır və ölkəni gələcəyin iqtisadi modelinə uyğun hazır vəziyyətə gətirir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see198

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see187

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see164

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see141

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see141

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see138

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see130

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see129

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see129

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see126

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see124

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri