Icma.az
close
up
RU
Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması büdcəyə gəlir və bazara şəffaflıq gətirir İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması büdcəyə gəlir və bazara şəffaflıq gətirir İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması bu gün bir çox ölkələrin qarşısında duran əsas iqtisadi və fiskal məsələlərdən biridir. Çünki müasir dövrdə internet üzərindən göstərilən xidmətlər – elektron ticarət, onlayn təhsil, rəqəmsal abunəliklər, reklam platformaları və digər xidmətlər sürətlə inkişaf edir və ənənəvi iqtisadiyyatın əhəmiyyətli bir hissəsini əvəzləyir. Bu səbəbdən də dövlətlərin bu sahədən vergi yığmaq marağı təbiidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, belə bir addım dövlət büdcəsinə əlavə gəlir mənbəyi yaradır. Çünki rəqəmsal iqtisadiyyatın həcmi ildən-ilə genişlənir və bu gəlirin vergisiz qalması büdcə üçün itki deməkdir. Vergiyə cəlb etməklə dövlət həm ədalətli vergi mühitini təmin edir, həm də sosial və infrastruktur layihələr üçün əlavə maliyyə vəsaiti əldə edir: "Digər tərəfdən, rəqəmsal xidmətlərin vergiyə cəlb olunması yerli şirkətlərlə xarici rəqəmsal platformalar arasında bərabər rəqabət mühiti yaradır. Çünki bəzən beynəlxalq rəqəmsal nəhənglər müəyyən ölkələrdə qeydiyyatdan keçmədən fəaliyyət göstərir, gəlir əldə edir, amma heç bir vergi ödəmir. Bu isə yerli sahibkarların maraqlarına ziddir. Vergitutmanın tətbiqi bu balansı müəyyən qədər bərpa edə bilər. Bununla belə, rəqəmsal xidmətlərin vergiyə cəlb olunması müəyyən risklər də yaradır. Əgər vergi dərəcələri çox yüksək olarsa, bu, xidmətlərin qiymətinin artmasına gətirib çıxaracaq. Nəticədə, istehlakçılar əlavə xərclə üzləşə bilər. Bu baxımdan, vergi siyasəti balanslı və mərhələli olmalıdır. Digər bir məsələ də ondan ibarətdir ki, texnologiya şirkətləri çox çevikdir və vergi yükü artdıqda, onlar bəzi bazarlardan çəkilməyi də seçə bilərlər. Ona görə də dövlətlər həm büdcə maraqlarını, həm də rəqəmsal inkişafın davamlılığını nəzərə almalıdır.

Müsbət tərəfi odur ki, düzgün tətbiq edilən rəqəmsal vergi həm dövlət üçün əlavə gəlir yaradır, həm də bazarda şəffaflıq gətirir. Bu, kölgə iqtisadiyyatının azalmasına, rəqəmsal xidmətlərin daha rəsmi və hüquqi çərçivədə fəaliyyət göstərməsinə səbəb olur. Uzunmüddətli perspektivdə isə ölkənin rəqəmsal sektorunun davamlı inkişafı üçün stimullaşdırıcı rol oynaya bilər. Rəqəmsal xidmətlərin vergiyə cəlb olunması müasir iqtisadiyyatın zəruri tələblərindəndir. Amma əsas məsələ düzgün dərəcənin müəyyənləşdirilməsi və bu prosesin həm dövlət, həm də istehlakçı maraqlarını qoruyacaq şəkildə həyata keçirilməsidir. Əks halda, verginin iqtisadiyyata faydadan çox zərər gətirmə ehtimalı da mövcuddur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri