“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 5 fevral, AZƏRTAC
“Rəqəmsal məktəb” platformasının “Valideynlərin rəyləri” bölməsi vasitəsilə valideynlər övladlarına dərs deyən müəllimlərin fəaliyyəti barədə rəy bildirmək imkanına malikdirlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, valideynlər platformaya daxil olaraq övladlarına dərs deyən müəllimlər haqqında müvafiq meyarlar üzrə fikir və təkliflərini qeyd edə, dərslərin təşkili, müəllimin şagirdlərlə münasibəti barədə rəy verə bilirlər.
Valideynlər tərəfindən təqdim olunan rəylər “Rəqəmsal məktəb” platformasının məktəb direktoru səhifəsində əks olunur. Toplanılan rəylər tədris prosesinin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və şagirdlərin inkişafının daha yaxından izlənilməsinə şərait yaradır.
Qeyd edək ki, bölmənin yaradılmasında əsas məqsəd müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsilin keyfiyyətinin daha da yüksəldilməsindən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 05 Fevral 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















