Icma.az
close
up
RU
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Icma.az bildirir, Marja.az portalına istinadən.

Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa bu gün Azərbaycanda yeni ofisinin açıldığını elan edib.

Visa-dan Marja.az-a verilən məlumata görə, bu mühüm hadisə Visa-nın ölkədə fəaliyyətini genişləndirmək və ölkənin ödəniş sənayesinin gələcək tərəqqisini dəstəkləmək istəyini əks etdirir.

Yeni ofisin açılması komandanın genişləndirilməsi ilə müşayiət olunur. Bakı ofisində biznesin inkişafı, konsaltinq, məhsul və marketinq komandaları işləyir. Visa bu addım sayəsində bütün Azərbaycan üzrə maliyyə qurumları, müəssisə və istehlakçılara dəstəyi gücləndirmək niyyətindədir.

"Bakıda yeni ofisin açılması Azərbaycanın müasir ödəniş texnologiyalarına güclü tələbatı olan regionun ən dinamik bazarlarından biri kimi Visa-nın strateji rolunu bir daha təsdiqləyir. Yeni ofis Visa-nın yerli tərəfdaşlarla əlaqələrini möhkəmləndirəcək, ödəniş sektorunun inkişafına təkan verəcək və Azərbaycanın uzunmüddətli iqtisadi artımını dəstəkləyəcək" – deyə, açılış mərasimində Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) ölkələri üzrə Regional Prezidenti Tariq Mahmud bildirib.

"Visa uzun illərdir ki, bizim üçün etibarlı və strateji tərəfdaşdır. Bu müddət ərzində biz yüzlərlə layihə həyata keçirmişik ki, onların da çoxu təkcə Azərbaycan üçün deyil, bütün region üçün innovativ idi. Bunlara ölkənin ilk rəqəmsal kartının istifadəyə verilməsi, tokenizasiyanın tətbiqi, sahibkarların smartfonlar vasitəsilə ödənişləri qəbul etmək imkanı daxildir. Əminəm ki, Visa komandasının Bakıda yeni ofisinin açılması əməkdaşlığımız üçün yeni üfüqlər açacaq və bizə daha effektiv nəticələr əldə etməyə imkan verəcəkdir”, – deyə Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Fərid Hüseynov bildirib.

"Visa ilə tərəfdaşlığımız sadəcə uzunmüddətli əməkdaşlıq deyil, bu, ölkənin maliyyə ekosisteminin inkişafı üçün etimad və ortaq öhdəlikdir. 1997-ci ildə ilk Visa və ABB çip kartlarının istifadəyə verilməsindən Visa-nın qabaqcıl “Mobility & Transport Transaction” (MTT) texnologiyasının tətbiqinə qədər bütün istiqamətlərdə innovasiyalara və  ödənişlərin rəqəmsallaşdırılmasına can atmışıq. Biz fəxr edirik ki, ABB müştəriləri dünya səviyyəli xidmətlərdən istifadə edərək alış-verişlərini tez, rahat və təhlükəsiz şəkildə ödəyə bilirlər”, – deyə ABB İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Son illərdə Visa Azərbaycandakı fəaliyyətini yeni texnologiyaların tətbiqi hesabına əhəmiyyətli dərəcədə genişləndirmiş və çox sayda yeni texnologiya tətbiq etmişdir. Əsas təşəbbüslər arasında Visa Token Service (rəqəmsal pul kisələri vasitəsilə ödənişləri mümkün edən xidmət) texnologiyası, CEMEA regionunda ilk dəfə istifadəyə verilmiş və hazırda Azərbaycanın 7 bankı tərəfindən dəstəklənən Visa B2B Connect (sürətli banklararası beynəlxalq əməliyyatlar üçün), habelə 9 yerli bankın dəstəklədiyi Visa Tap to Phone var. Bundan əlavə, Visa Bakı-Sumqayıt marşrutu üzrə bütün 14 stansiyada "tap-to-drive" ödənişlərini mümkün edən və bir əməliyyatda 24 saat ərzində ictimai nəqliyyatda gedişi özündə birləşdirən Mobility & Transit Transaction (MTT) model texnologiyasını tətbiq etmişdir ki, bu da CISSEE regionunda ilk belə tətbiqdir.

Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir. Visa dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən ödəniş əməliyyatlarını emal edir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://marja.az
archiveBu xəbər 22 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri