Icma.az
close
up
RU
Qarabağın sürətli inkişafı və rəqəmsal transformasiyası

Qarabağın sürətli inkişafı və rəqəmsal transformasiyası

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcı oldu. Doğma torpaqların azad edilməsindən dərhal sonra bu ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin “Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır” çağırışı Qarabağın rəqəmsal inkişaf strategiyasına istiqamət verdi. Dövlət başçısının vurğuladığı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında Qarabağda müasir texnoloji infrastrukturun qurulması prioritetə çevrildi.

“Qafqazinfo” xəbər verir ki, aparıcı telekommunikasiya şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesinə fəal şəkildə qoşuldular. Azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu təmin edən “Azercell” bölgənin rabitə və rəqəmsal ekosisteminin formalaşmasına mühüm töhfə vermək məqsədilə genişmiqyaslı layihələrə başladı.

Şirkətin texniki komandası azad edilmiş ərazilərdə infrastrukturun bərpası istiqamətində fasiləsiz çalışaraq bölgədə LTE texnologiyası əsasında qurulmuş 200-dək baza stansiyasının fəaliyyətini təmin etdi. Hazırda “Azercell”in şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Hadrut, Suqovuşan, Laçın, Xocalı və Xankəndini əhatə edir. Eyni zamanda, şirkət Qarabağda “yaşıl” texnologiyaların tətbiqinə də başlayıb. Qubadlı və Cəbrayılda fəaliyyət göstərən 35 günəş enerjili LTE baza stansiyası karbon emissiyalarının azaldılmasına və dayanıqlı enerji istifadəsinə töhfə verir.

Həmçinin azad edilmiş ərazilərə qayıdan vətəndaşlara rəqəmsal xidmətləri daha əlçatan etmək məqsədilə  “Azercell” bu bölgələrdə müştəri xidmətləri mərkəzi açan ilk mobil operator olub. Şirkət son illər ərzində xidmət şəbəkəsini genişləndirərək Zəngilanın Ağalı kəndi, Şuşa, Laçın, Füzuli və Xankəndidə müasir standartlara cavab verən mərkəzlər açıb.

“Azercell” II Qarabağ müharibəsi zamanı və sonra şəhid və qazi ailələrinə dəstək məqsədilə bir sıra təşəbbüslər həyata keçirib. Mobil operator “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi çərçivəsində 300 şəhid övladı üçün psixoloji reabilitasiya proqramı həyata keçirib. “Peşəkar İnkişaf və Karyera Hazırlığı” layihəsi isə şəhid ailələrinin üzvləri və qazilər üçün ingilis dili, kompüter bilikləri və karyera planlaşdırılması üzrə təlimlər təşkil edib.

On ildən artıqdır ki, gənc istedadları dəstəkləyən “Tələbə Təqaüdü” proqramı Vətən müharibəsindən sonra müharibə iştirakçılarını da əhatə edib. Təhsilini yarımçıq qoyaraq müharibədə iştirak etmiş, daha sonra təhsillərini davam etdirən 23 tələbə şirkət tərəfindən təqaüdlə təmin olunub. Bundan əlavə, şəhid ailələrinin üzvləri üçün təhsil müddəti boyunca maliyyə dəstəyi göstərilir. Son beş il ərzində 50-dən çox şəhid ailəsi bu proqramdan yararlanıb. Eyni zamanda, Qarabağda təhsil alan tələbələr üçün təqdim olunan xüsusi endirimli tarif isə gənclərin informasiya və təhsil imkanlarını genişləndirir.

Mədəni irsin qorunması “Azercell”in Qarabağ layihələrinin digər vacib istiqamətidir. “Şuşa İli” çərçivəsində həyata keçirilən “Qarabağın səsini dinlə” layihəsi nəticəsində Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin irsi audiokitab formatında təqdim olunub. Bu layihə Qarabağın mədəni irsinin rəqəmsallaşdırılması və gələcək nəsillərə çatdırılmasına xidmət edib.

“Azercell” Qarabağda sosial və humanitar fəaliyyətini könüllülük prinsipi əsasında da davam etdirib. Şirkətin könüllüləri müharibə dövründə və sonrakı illərdə hərbçilərə, qazilərə və müharibədən zərərçəkmiş ailələrə dəstək göstəriblər. Son beş il ərzində iki mindən çox ailə “Azercell” könüllülərinin dəstəyindən yararlanıb.

Şirkət həmçinin Vətən müharibəsi iştirakçılarına olan ehtiramını ifadə etmək məqsədilə “Veteran” tarif planını və Zəfər Gününü simvolizə edən “8-11” seriyalı nömrələri təqdim edib. 

“Azercell”in Qarabağda həyata keçirdiyi bu çoxsahəli fəaliyyət regionun sosial, iqtisadi və texnoloji inkişafına töhfə verməklə yanaşı, ölkənin dayanıqlı gələcəyinin formalaşmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri