Icma.az
close
up
RU
Rəqəmsal şəxsiyyət və data idarəçiliyində yeni yanaşmalar: dövlətlə vətəndaş arasındakı etimad necə qurulur?

Rəqəmsal şəxsiyyət və data idarəçiliyində yeni yanaşmalar: dövlətlə vətəndaş arasındakı etimad necə qurulur?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqəmsal transformasiya və kiber təhlükəsizlik dövlət-vətəndaş münasibətlərini köklü şəkildə dəyişir. E-hökumət, rəqəmsal şəxsiyyət və data idarəçiliyi etimad, şəffaflıq və effektiv idarəetmə mexanizmlərini gücləndirərək müasir dövlətin əsas sütunlarına çevrilir.

Rəqəmsal transformasiya və kiber təhlükəsizlik çərçivəsində e-hökumət, rəqəmsal şəxsiyyət və data idarəçiliyi dövlətlə vətəndaş arasındakı etimad, şəffaflıq və idarəetmə mexanizmlərini hansı formaya salır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, e-hökumət, rəqəmsal şəxsiyyət (digital ID) və data idarəçiliyi klassik kağız əsaslı bürokratik münasibəti tədricən rəqəmsal ilə əvəz edir. Onun sözlərinə görə, bu yeni modeldə dövlət yalnız xidmət göstərən deyil, eyni zamanda məlumat üzərinə aktora çevrilir. Vətəndaş isə passiv müraciətçi yox, öz məlumatlarına hüquqi və texniki nəzarət edən subyekt statusu alır:

“Burada etimad artıq şəxslərə və vəzifələrə deyil, proseslərin şəffaflığına və sistemlərin doğruluğuna əsaslanır. E-hökumət platformaları prosedurların görünən olmasını təmin edir. Müraciətin harada ləngidiyi, hansı qurumun cavabdeh olduğu, qərarın hansı hüquqi əsasla verildiyi sistem özü göstərir. İnsan faktorundan qaynaqlanan sui-istifadəni azaldaraq idarəetməni standartlaşdırır. Hesabatlılıq avtomatikləşir. Rəqəmsal şəxsiyyət, sadəcə login–şifrə və ya token deyil, vətəndaşın hüquqi mövcudluğunun rəqəmsal proyeksiyasıdır".

Müsahibimiz qeyd edib ki, transformasiya bir dəfə identifikasiya ilə hər yerdə tanınma imkanı verir. Bu, dövlət daxilində data təkrarını azaldır, vətəndaşı məlumat daşıyıcısı rolundan azad edir. Güclü identifikasiya həm vətəndaşı, həm də dövlət qurumlarını inkar edilə bilməyən məsuliyyət altına salır:

"Müasir rəqəmsal dövlətlərdə məlumat kimindir və onun üzərində kim qərar verir sualı da meydana çıxır. Düzgün data idarəçiliyi məlumat sahibi dövlət modelindən, məlumat üzərində hüququ olan vətəndaş modelinə keçidi təmin edir. Data minimallaşdırılması dövlətlərin informasiyanı istədiyi qədər toplamaq imkanını məhdudlaşdırır, etimadı hüquqi çərçivə ilə qoruyur. Vətəndaş soruşa bilir ki, hansı məlumat niyə toplanıb?, Hara ötürülüb?, Nə vaxt silinəcək? Bu suallara cavab almaq imkanı etimadı gücləndirir".

Bəhruz Əliyev: Müasir rəqəmsal dövlətlərdə məlumat kimindir və onun üzərində kim qərar verir sualı da meydana çıxır

Ekspertin fikrincə, kibertəhlükəsizlik isə burada yardımçı funksiya deyil, etimadın əsas dayağıdır. Bu səbəbdən, Zero Trust yanaşması, kriptoqrafik identifikasiya, real-time monitorinq və audit sadəcə təhlükəsizlik tədbiri yox, idarəetmə legitimliyinin qorunması alətidir:

"Artıq dünyadakı müasir rəqəmsallaşmış dövlətlər eyni zamanda gücünü məlumatı ədalətli və təhlükəsiz idarə etmək bacarığından alır".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri