Icma.az
close
up
RU
Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq

Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar tərəfindən xarici mənbələrdən əldə olunan xarici valyuta vəsaitlərinin (vergi öhdəliklərinin icrası şərtilə) müvəkkil banklardakı hesablarına mədaxili və Azərbaycan Respublikasından köçürülməsi zamanı valyuta tənzimi məqsədləri üçün məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.
“Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə görə, rəqəmsal səyyahlara müvəkkil banklarda hesablar yalnız şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılacaq.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur.”
Rəqəmsal səyyahın Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə çərçivəsində əldə etdikləri, habelə Azərbaycan Respublikası mənbəyindən olmayan gəlirləri (gəliri ödəyən qeyri-rezident şəxsin həmin şəxslə qarşılıqlı surətdə asılı olan şəxs olmaması, gəliri ödəyən qeyri-rezident şəxsin benefisiar mülkiyyətçiləri arasında Azərbaycan Respublikasının rezidentlərinin üstünlük təşkil etməməsi və güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatda olan şəxs olmaması şərtilə) rəqəmsal səyyah statusunun qüvvədə olduğu müddətdən etibarən 20 (iyirmi) il müddətinə gəlir vergisindən azad olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyun 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri