Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.
Layihəyə əsasən, informasiya infrastrukturu obyektlərində baş vermiş kiberinsidentlər barədə əldə edilən məlumatlar əsasında Rəqəmsal tədqiqat mərkəzi tərəfindən onların risk əsaslı qiymətləndirilməsi aparılır. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq rəqəmsal tədqiqat mərkəzi rəqəmsal tədqiqatı aparılmalı olan kiberinsidentləri müəyyən edir.
Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sahə üzrə fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri (CERT) kiberinsidentlərin rəqəmsal tədqiqatının aparılmasına cəlb edilə bilərlər.
Rəqəmsal tədqiqat zamanı CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən əldə olunan məlumatların bütövlüyü qorunmalı, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməməli, rəqəmsal tədqiqat zamanı beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun metod və vasitələrdən istifadə olunmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Baxış sayı:102
Bu xəbər 07 İyul 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















