Icma.az
close
up
RU
Rəqəmsal vərdişlər ailə bağlarını zəiflədir ARAŞDIRMA

Rəqəmsal vərdişlər ailə bağlarını zəiflədir ARAŞDIRMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda texnologiyanın sürətlə inkişaf etdiyi və rəqəmsallaşmanın həyatımızın hər sahəsinə nüfuz etdiyi dövrdə yaşayırıq. Rəqəmsal texnologiyalar gündəlik həyatımızı asanlaşdırsa da, onların həddindən artıq və şüursuz şəkildə istifadəsi bir sıra psixoloji və davranış pozuntularına səbəb ola bilər. Mütəxəssislər bildirir ki, bu vəziyyət ailədaxili münasibətlərə də mənfi təsir göstərir.

Redaktor.az "TrtHaber"ə istinadla xəbər verir ki, dosent doktor Ayşəgül Efe deyir ki, rəqəmsal cihazlardan həddindən artıq istifadə, hər yaş qrupundakı insanlarda uşaq, gənc və yetkin fərq etmədən depressiya, narahatlıq pozuntusu, diqqət əskikliyi, yuxu problemi və tükənmişlik sindromu kimi bir çox psixoloji əlamətlərlə nəticələnə bilər.

“Rəqəmsal mühitdə çox vaxt keçirmək üz-üzə sosial əlaqələrin azalmasına, empati qurma qabiliyyətinin zəifləməsinə və sosial duyarlığın azalmasına gətirib çıxarır. İnsanlar real həyatdan uzaqlaşır və tədricən sosial təcridə məruz qalırlar. Bu vəziyyət bəzi cəmiyyətlərdə ‘Hikikomori’ kimi yeni anlayışlarla xarakterizə olunur”.

Texnologiyaya asılılıq hallarına yeni adlar da verilir: Nomofobiya, FOMO (əldə edə bilməmək qorxusu), sosial tənhalıq, sosyotelizm (telefona üstünlük vermə) kimi anlayışlar bu gün daha çox insanın həyatına təsir edir.

Ekran qarşısında uzun müddət qalmaq təkcə fərdi deyil, ailədaxili münasibətlərə də mənfi təsir edir. Doç. Dr. Efe bu mövzuda deyir:

“Eşlər arasında ortaq vaxt keçirmək, danışmaq, empati qurmaq kimi əsas münasibət davranışları azalır. Bu isə münasibətin keyfiyyətinin düşməsinə, duyğusal uzaqlaşmaya və laqeydliyə səbəb olur. Uşaqlar isə valideynlərinin diqqətinin rəqəmsal cihazlara yönəldiyini görür və özlərini duyğusal baxımdan laqeyd hiss edirlər”.

Aparılan tədqiqatlar göstərir ki, son illərdə ailə və cütlük terapiyalarına müraciətlərin əsas səbəbləri arasında “rəqəmsal laqeydlik” və “texnoloji tənhalıq” halları xüsusi yer tutur. Efe bu vəziyyətdə texnologiyanın istifadəsinə sərhəd qoymağın, ortaq fəaliyyət sahələri yaratmağın və texnologiyaya emosional münasibətin fərqinə varmağın vacibliyini vurğulayır.

Dr. Ayşəgül Efe texnoloji asılılıqla mübarizə yollarını belə izah edir:

Nümunəvi davranış sərgiləmək: Valideynlər rəqəmsal cihazlarla münasibətində balanslı və şüurlu davranmalıdırlar. Uşaqlar valideynlərindən həm genetik, həm də sosial öyrənmə yolu ilə nümunə götürür.

Sərhədlər təyin edilməlidir: Evdə ekran istifadə qaydaları müəyyənləşdirilməli, yemək zamanı və yuxudan əvvəl texnologiyaya fasilə verilməlidir.

Açıq ünsiyyət qurulmalıdır: Ailə daxilində açıq ünsiyyət və birgə fəaliyyət planlaşdırmaq, rəqəmsal cihazlara olan marağı azalda bilər.

Psixoloji maarifləndirmə vacibdir: Valideynlər texnoloji asılılığın əlamətlərini tanımalı və zərurət olduqda mütəxəssis dəstəyinə müraciət etməlidirlər.

Sonda Dr. Efe qeyd edir ki, rəqəmsal savadlılıq günümüzdə istər təhsil, istərsə də peşə həyatı üçün qaçınılmaz bacarıqdır. Bu səbəblə texnologiyanın tamamilə həyatımızdan çıxarılması deyil, ondan düzgün və məqsədli şəkildə istifadə edilməsinin öyrədilməsi əsas hədəf olmalıdır.

“Əsas məsələ, texnologiyadan nə qədər istifadə etdiyimiz deyil, necə və hansı məqsədlə istifadə etdiyimizdir”,- deyə Efe bildirir.

Ailələr və təhsil ictimaiyyəti üçün texnologiyanın balanslı istifadəsi mövzusunda maarifləndirmə olduqca vacibdir. Rəqəmsal savadlılıqla yanaşı, emosional yaxınlıq və real ünsiyyətin qorunması, sağlam nəsil və güclü ailə bağlarının təməlidir.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri