Icma.az
close
up
RU
Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Rəqəmsal yoxsa, ənənəvi diplomatiya?

Icma.az bildirir, Tribuna portalına istinadən.

- +

Ìnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinə düşən fəaliyyət sahələrindən biri də diplomatiyadır. Diplomatiya tarix boyu dövlətlərarası əlaqələrin təşkili və inkişaf etdirilməsi baxımından ən mühim vasitə olub. Ənənəvi diplomatiya əsasən, dövlət rəhbərləri, nazirliklər və rəsmi nümayəndələr arasında gizli görüşlər və sənədlər üzərində qurulub. Bu proses yüksək səviyyəli dövlət nümayəndələrinin fiziki və rəqəmsal olmayan yolla əlaqə qurmasını tələb edirdi. Ancaq son onilliklərdə texnologiyanın sürətli inkişafı ilə diplomatiya yeni bir dönəmə qədəm qoydu. Ìnternetin və xüsusilə sosial medianın meydana gəlməsi dövlətlərə beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatma imkanı verdi. Günümüzdə ənənəvi diplomatiyanın bir istiqaməti olaraq dəyərləndirilən rəqəmsal diplomatiya (ing.Digital diplomacy yaxud Ediplomacy) isə diplomatik məqsədlərə çatmaq üçün internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsidir. Dövlətlər artıq rəsmi diplomatik bəyanatları sosial media platformalarında paylaşaraq, dünya ictimaiyyətini dərhal məlumatlandırırlar.

Həmçinin, rəqəmsal diplomatiya dövlətlərə daha çevik və sürətli qərar qəbul etmə imkanı verir. Ənənəvi diplomatiya ilə müqayisədə, rəqəmsal diplomatiya daha çox zamanın sürətlə keçdiyi bir dövrdə həyata keçirilir. Bu sürət diplomatik reaksiyaların ani olmasını təmin edir və dövlətlərə daha dinamik bir xarici siyasət həyata keçirməyə imkan yaradır. Məsələn, böyük beynəlxalq münaqişələr zamanı dövlətlər sosial media vasitəsilə təcili reaksiya verməyə başladılar. Ancaq bu sürət bəzən problemi daha da böyüdə bilər, çünki qeyri-dəqiq və yanlış məlumatların sürətlə yayılması beynəlxalq səviyyədə anlaşılmazlıqlara səbəb ola bilər. Bu baxımdan, dövlətlər rəqəmsal diplomatiyanın gətirdiyi sürət və geniş əlaqə imkanlarından istifadə edərkən eyni zamanda, bu platformalarda yayılan məlumatların doğruluğunu diqqətlə yoxlamalıdırlar.

Bir çox beynəlxalq təşkilatlar və dövlətlər rəqəmsal diplomatiyanın üstünlüklərini qəbul edərək, ondan daha effektiv istifadə etmək üçün müvafiq strategiyalar və təlimatlar hazırlayırlar. Rəqəmsal diplomatiya həmçinin, dövlətlərə daha şəffaf və açıq münasibət qurmağa kömək edir. Bu da dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını artırır, eyni zamanda beynəlxalq aləmdə şəffaflıq və açıq diplomatiya prinsipinin güclənməsinə səbəb olur.
Beləliklə, məqalənin məzmununda rəqəmsal və ənənəvi diplomatiya arasındakı fərqlərlə, eyni zamanda hər birinin əhəmiyyəti ilə tanış olduqdan sonra gəldiyim nəticəni əsaslandırmaq üçün rəqəmsal və ənənəvi diplomatiyanın mənfi və müsbət cəhətlərini qeyd etmək istərdim. Fikrimcə, hər ikisinin həm müsbət, həm də mənfi cəhətləri var. Düzdür, rəqəmsal diplomatiya texnoloji inkişafla əlaqədar olaraq dövlətlər və beynəlxalq təşkilatlar arasındakı əlaqələri daha sürətli və asan edir. Amma düşünürəm ki, ənənəvi diplomatiyanın rolu hələ də böyükdür. Çünki, üz-üzə görüşlər, şəxsi müzakirələr və etibar üzərində qurulan əlaqələr, xüsusən də strateji və uzunmüddətli məsələlərdə çox önəmlidir. Eyni zamanda, rəqəmsal diplomatiya böhran vəziyyətlərində də faydalıdır. Doğrudur, bunu inkar etmək olmaz, amma bu zaman əgər məlumatlar yanlış yayılar, dezinformasiya halları baş verərsə, bu dövlətlər arasında diplomatik böhranlara yol aça bilər. Ona görə də, fikrimcə, bu məsələyə böyük diqqət yetirilməlidir. Lakin buna baxmayaraq rəqəmsal diplomatiyanın sevdiyim cəhəti odur ki, böyük münaqişələr zamanı, dövlətlər sosial media vasitəsilə təcili reaksiya verə bilirlər. Ənənəvi diplomatiyanın sevdiyim cəhəti bu diplomatiya modelinin çox vaxt təmkin tələb etməsidir. Eyni zamanda ənənəvi diplomatiyanın uzunmüddətli, strateji və dərin müzakirələrə yönəlməsini də bir digər müsbət hal kimi qeyd etmək mümkündür. Lakin bütün bu qeyd etdiklərimi nəzərdən keçirdikdən sonra buradakı xüsusi bir məqamı ortaya çıxardım. O da həm ənənəvi, həm də rəqəmsal diplomatiyanın başlıca xüsusiyyətinin qabaqlayıcı, dəstəkləyici və tamamlayıcı olmasıdır. Bununla da əslində girişdə qeyd etdiyim “rəqəmsal yoxsa, ənənəvi diplomatiya” sualına bir növ cavab tapmış oldum. Fikirlərimi ümumiləşdirib daha da konkretləşdirsəm, onu deyə bilərəm ki, hər iki diplomatiyanın öz yeri ve əhəmiyyəti var. Bu səbəbdən dövlətlər üçün ən optimal yanaşma rəqəmsal ve ənənəvi diplomatiyanı qarşılıqlı şəkildə istifadə edərək, qlobal əlaqələri daha sağlam və effektiv şəkildə qurmaqdır. Daha konkret ifadə etsəm, rəqəmsal diplomatiya ənənəvi diplomatiyanın güclü tərəflərini tamamlayaraq dövlətlərə qlobal siyasətdə daha effektiv olmaq üçün imkanlar təqdim edir.

Nəsibova Gülşən Rüfət qızı
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see354

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see270

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see242

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see235

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see232

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see199

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see192

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see189

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see170

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see164

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see163

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see158

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see148

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri