Icma.az
close
up
RU
“Rəqqasə sənətçi deyil!!” jurnalistdən saytlara İRAD

“Rəqqasə sənətçi deyil!!” jurnalistdən saytlara İRAD

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu gün 1 avqust ana dili günüdür. Çox təəsüf edirəm ki, son illər doğma ana dilimizin başına gətirilən müsibətlərdə nəzarətsiz poliqona çevrilən sosial şəbəkələr, qeyri ciddi saytlar, habelə dərəbəyliyə çevrilən televiziya efirləri “böyük paya” sahibdirlər. jurnalist olaraq ana dilimizin bərbad günə qoyulmasında bəzi saytlardakı “həmkarlarımın” məsuliyyətsizlikləri barədə danışacam. Mətbuat təkcə söz deyil, həm də o sözün doğmalığını, tələffüz və qaydalarını qoruyan, onun keşiyində duran və maarifləndirdiyi cəmiyyəti də buna istiqamətləndirən dördüncü hakimiyyətdir. Lakin son illər doğma dilimizin öz mətbuat səhifələrimizdə kobud şəkildə pozulması, yad terminlərin Azərbaycan dilinə “calaq edilməsi” adi hal alıb.”

Bu fikirləri jurnalist-ekspert Mətləb Salahov SİA-ya açıqlamasında deyib. O qeyd edib ki, xüsusilə Türkiyə türkcəsindən yeri gəldi-gəlmədi müxtəlif ifadələrin dilimizə sırıdılması kütləvi hal alıb. “Hoca”, “uzman”, “sənətçi” kimi ifadələr ölkənin televiziya efirlərində, sayt və qəzet səhifələrində tirajlanmaqdadır.
“Min dəfə təəsüf olsun ki, ölkə mətbuatında ana dilimizin qorunmasına nəzarət edənlər “qış yuxusunda” mürgüləyirlər. Biz Türkiyə ilə qardaş ölkələr, qardaş xalqlarıq. Lakin bizim dilimiz, dəyərlərimiz, keçdiyimiz tarixi yol özünüməxsusdur. Azərbaycan dilinin öz dəyərləri var. Hansı bir Türkiyə telekanalında Azərbaycan dilindən sitat gətirilib, ya da istinad olunub? Məni dəhşətə gətirən odur ki, döşünə əməkdar jurnalist, Tərəqqi medalı taxan jurnalistlərin, baş redaktorların “reytinqli” saytlarında rəqqasə “sənətçi” adlandırılır, mütəxəssis, həkim “uzman” deyə adlandırılır. Niyə? Axı rəqqasə sənətkar deyil, sadəcə rəqqasədir. Bunun əksini yazmaqla həm sənətə, həm də Azərbaycan dilinə necə divan tutulduğunun fərqində deyillər? Axı Azərbaycan dilində “sənətçi” termini yoxdur, sənətkar var. Sənətkar da böyük sənət sahibi olan dəyərli insanlara deyirlər, kafe-restoranlarda göbək atan rəqqaslara deyil!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri