Rəqsanə bundan da pis günə qalsın
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə bağlı səsləndirdiyi sərt açıqlamalarla yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, şou-biznes nümayəndəsi verdiyi müsahibədə R.İsmayılovanın ailəsi və qızının toyu ilə bağlı deyilən fikirlərə münasibət bildirib. O, efirdə səsləndirilən iddialarla razılaşmadığını deyərək, bu məsələnin onun adına kölgə saldığını vurğulayıb. Sərxan Kərəmoğlu bildirib ki, Rəqsanə İsmayılovanın qızının ailə qurmaq və xanım olmaq istədiyinə inanıb.
Sərxan qeyd edib ki, onun barəsində efirdə səsləndirilən "toy saxtadır" iddiaları həqiqəti əks etdirmir və bu cür fikirlər onun haqqına girmək deməkdir. O, Rəqsanə İsmayılovanın bu mövzuda dediklərini ağır ittiham kimi qiymətləndirib və bundan sonra onunla bağlı fikrinin dəyişməyəcəyini söyləyib:
"Anası ölə, gəbərə - inanmaram. O qıza inanıram ki, ailə qurub xanım olmaq istəyib. Əslində övladını ucaldıram. O isə özünü qabağa verir ki, mənə 'niyə inanmırsan?' deyir. Demişdim ki, bəyi də, atasını da tanıyıram, amma o bəyə güvənmirəm. Buna baxmayaraq, efirdə şər atır ki, guya Sərxan deyir qızımın toyu saxtadır. Elə bir insana arzum odur ki, məndən də pis günə qalsın. Mənim haqqıma girir. Bundan sonra onun barəsində fikrim heç vaxt dəyişə bilməz.
Mənimlə eyni toydaydı, demişdi ki, Sərxan yoxdursa, gəlmirəm. Musiqiçilərə deyib ki, toya getməyin, 150 min rublu alıb yeyib, verməyib. Ona deyiblər ki, Sərxan məclisdə olacaq. Məncə, xalqın qarşısında yaxşı söz demək lazımdır. Hamının gözündə adamı batırıb, sonra evdə kiməsə 'Sərxandan yaxşısı yoxdur' demək düzgün deyil. Ağzına zəhərmaraq qalsın o sözlər ki, insanların içində məni 5 qəpiklik elə, sonra Naziləyə de ki, Sərxan yaxşı oğlandır".
Qeyd edək ki, səsləndirilən bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tərəflər arasında qalmaqal daha da böyüyüb.
Hüseyn
Milli.Az
Baxış sayı:119
Bu xəbər 10 Fevral 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















