Icma.az
close
up
RU
Rəqsanə və Səidə arasında mübahisə böyüdü Yeni detallar

Rəqsanə və Səidə arasında mübahisə böyüdü Yeni detallar

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Rəqsanə İsmayılova və aparıcı Səidə Bəkirqızı arasında mübahisə davam edir. Bu dəfə jurnalist ifaçını yeni həbslə hədələyib.

Açıq təhqir və qarşılıqlı sərt ittihamlarla müşayiət olunan bu qalmaqal tərəflər üçün hansı hüquqi nəticələrə səbəb ola bilər?

Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, hazırkı məsələyə görə cinayət və mülki məsuliyyət yarana, tərəflər şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi məqsədilə məhkəməyə müraciət edə bilərlər:

“Bu zaman məhkəmə qətnaməsi ilə iddiası təmin olunan tərəfin xeyrinə “Həmin məlumatların təkzib edilməsi, yazılı və rəsmi qaydada üzr istənilməsi və sair ” vəzifəsi qoyula bilər. Əlbəttə ki, tərəflərin qətnamədən şikayət verilə biləcəyi imkanı nəzərə alınmaqla hazırkı prosedurlar uzun məhkəmə çəkişməsi nəticəsində mümkündür. Cinayət aspektinə nəzər yetirsək, tərəflər xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək şikayət verilmiş şəxsin barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə ittiham hökmünün çıxarılmasını xahiş edə bilərlər. Həmin maddələrin sanksiyasında azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub. Yanlız məhkəmə tərəfindən xüsusi ittiham qaydasında iş icraata götürüldükdən sonra araşdırma aparılaraq ya ittiham hökmü, ya da bəraət hökmü çıxarıla bilər. Bununla belə, məhkəmə müşavirə otağına gedənədək tərəflər barışdıqda məhkəmə iş üzrə icraata xitam verir”.

Asim Abbasov

Vəkil xatırladıb ki, son dövrlərdə xüsusi ittiham qaydasında şikayətlə bir sıra tanınmış şəxslər azadlıqdan məhrum edilib:

“Rəqsanə İsmayılovanın barəsində ev dustaqlığı qətimkan tədbiri onun təqsirləndirildiyi başqa bir xüsusilə ağır cinayət işi üzrə seçilib. Hazırkı məqamda cinayət tərəfi yanlız xüsusi ittiham qaydasında mümkün ola bilər. Ev dustaqlığı qətimkan tədbiri seçilərkən Rəqsanə İsmayılovanın üzərinə məhkəmə tərəfindən konkret vəzifələr qoyulub. Bunlara təqsirləndirilən şəxsin yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və sair daxildir.

Ümumiyyətlə, qətimkan tədbiri cinayət işi üzrə icraatda şahidlərə qanunsuz təsir göstərməmək, sübutları saxtlaşdırmamaq, istintaq orqanının çağırışlarına vaxtlı-vaxtında gəlmək məqsədi daşıyır. Əgər həmin cinayət işi üzrə öz üzərinə götürdüyü vəzifələri yerinə yetirirsə, hazırkı məqamda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi real görünmür. Yəni ümumiləşdirsək, yalnız Səidə Bəkirqızı xüsusi ittihamla məhkəməyə müraciət etməli, iş icraata götürüldükdən sonra araşdırma aparılaraq yekun hökm çıxarılmalıdır. Bu cəza azadlıqdan məhrumetmə ilə bağlı olmaya da bilər. Hər bir halda işin icraata götürülməsindən sonra yekun hökm qəbul edilənə qədər məhkəmədən həbs qətimkan tədbirinin seçilməsi də xahiş edilə bilər”.

Leyla Əlisoy
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri