Icma.az
close
up
RU
Rəşad Eyyubov: “Daha çox qol vurmağa layiq idik”

Rəşad Eyyubov: “Daha çox qol vurmağa layiq idik”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu oyun ilk növbədə mənim üçün maraqlı idi”.

İdman.Biz xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçirilən oyunla bağlı AFFA-nın mətbuat xidmətinə asçıqlamasında bildirib.

Baş məşqçi millimizin 1:0 hesabı ilə qalib gəldiyi görüşdəki çıxışından razı qaldığını deyib: “Bu oyun ilk növbədə mənim üçün maraqlı idi. Əsas məsələ rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə daha çox qol vurmağa layiq idik, amma 3 xal və qələbə məni sevindirir. Bilirdik ki, burada oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdi”.

Rəşad Eyyubov qarşılaşmada qələbə qoluna imza atan Murad Məmmədovun bu cür performansına təəccüblənmədiyini söyləyib: “Murad Məmmədovun matçın açar oyunçularından biri olacağını bilirdim. Çünki o, aşağı bloklara qarşı oyun üçün əla keyfiyyətlərə malikdir. Ümid edirəm ki, bu qol Murada daha da çox özünəinam verəcək”.
O, əsas millinin rəsmi matçlarından sonra U-21-in düşərgəsinə qoşulan Rüfət Abbasovla bağlı da fikirlərini açıqlayıb: “Rüfətə təşəkkür edirəm. Uzun və çətin yolçuluqdan sonra xarakter göstərdi, 90 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, bütün komanda daha dominant üslubda oynaya bildiyini nümayiş etdirdi. Bir çox futbolçu məni müsbət mənada təəccübləndirdi”.
R.Eyyubov A millinin baş məşqçisi Ayxan Abbasovun matçı stadiondan izləməsinə də toxunub: “Milli komandanın baş məşqçisinin oyunumuzu izləməsi xoş oldu. Bu, futbolçulara əlavə motivasiya verdi. İndi isə görülən işin təhlilini aparacağıq. Gələcəyə nikbin baxırıq”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri