Icma.az
close
up
RU
Rəşad Mahmudov: Nə sığorta mexanizmi işləyər, nə də xəstənin təhlükəsizliyi təmin olunar

Rəşad Mahmudov: Nə sığorta mexanizmi işləyər, nə də xəstənin təhlükəsizliyi təmin olunar

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son illər əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması, sosial sığorta sisteminin genişləndirilməsi və rəqəmsal uçot mexanizmlərinin yaradılması istiqamətində ciddi addımlar atılıb. Bu işlərin mahiyyəti ondan ibarətdir ki, ölkədə əmək funksiyası yerinə yetirən hər bir vətəndaşın hüquqi statusu, sosial təminatı və pensiya kapitalı aydın, şəffaf və müdafiə olunmuş olsun.

Bu fondun fəaliyyəti də məhz bunu tələb edir: əmək münasibətlərinin hüquqi baxımdan tam və düzgün rəsmiləşdirilməsi. Çünki işsizlikdən sığorta mexanizmi ancaq o zaman effektiv olur ki, bütün kateqoriyalarda çalışan şəxslərin əmək statusu dəqiq müəyyən edilsin. Məhz buradan çıxış edərək, səhiyyə sistemimizdə uzun illərdən bəri davam edən bir vacib problemə diqqətinizi yönəltmək istəyirəm".

Ölkə.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu gün ölkəmizdə rezident həkimlər real əməyin bütün yükünü daşıdıqları halda, onların hüquqi statusu tam tənzimlənməmiş qalır.
"Onlar növbələrə girir, pasiyent qəbul edir, stasionar və təcili yardım prosesində iştirak edir, əməliyyatlara girir və faktiki olaraq tibbi personal kimi çalışırlar. Lakin onların böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə təmin olunmur",- o vurğulayıb.

O əlavə edib ki, əgər biz bütün sahələrdə işçi hüquqlarının bərpası və sosial müdafiənin gücləndirilməsindən danışırıqsa, tibbi sahədə əmək funksiyasını faktiki yerinə yetirən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalması artıq yol verilə bilməz.

"Burada yalnız əmək müqaviləsi məsələsi deyil, tibb təhsilində 2011-ci ildən bəri mövcud olan başqa bir ciddi boşluq – internaturanın ləğvi və onun yerini tutacaq mexanizmin olmaması da problem yaradır.

Bu gün Avropa, Türkiyə, ABŞ kimi ölkələrdə tibb fakültəsini bitirən hər bir tələbə minimum 1 il müstəqil həkim kimi deyil, nəzarətli praktiki hazırlıq dövründən – internaturadan keçir. Bu, xəstənin təhlükəsizliyi və həkimin məsuliyyəti baxımından beynəlxalq standartdır. Bizdə isə 6 illik təhsili bitirən gənc həkim rezidentura imtahanını verə bilmirsə, hüquqi baxımdan havada qalır — nə internatura var, nə müstəqil həkimlik statusu, nə də sosial təminatlı əmək münasibəti.

Bu həm gənclərin gələcəyinə, həm xəstə təhlükəsizliyinə, həm də dövlətin insan kapitalı siyasətinə ziddir", - deputat qeyd edib.

Deputat yaranmış problemin həlli ilə hökumət qarşısında üç təkliflə çıxış edib:

"1. Tibbi təhsildə internatura mərhələsi bərpa olunmalı və ya ekvivalent praktik il yaradılmalıdır. Bu həm beynəlxalq standartlara uyğundur, həm də real klinik bacarıqları formalaşdırır.

2. Rezident həkimlərin əmək müqaviləsi qanunla məcburi xarakter daşımalıdır. Bu, sosial sığorta və işsizlikdən sığortanın tam işləməsi üçün vacibdir.

3. Rezidentura proqramının məzmunu və klinik yük tibb müəssisələrinin real ehtiyacları ilə uyğunlaşdırılmalıdır.

Səhiyyənin gücü həkimin gücü qədərdir. Həkimi güclü olanın xəstəsi qorxmaz. Gənc həkimin zəif hazırlandığı sistemdə nə sığorta mexanizmi işləyər, nə tibbi xidmət dayanıqlı olar, nə də xəstənin təhlükəsizliyi təmin olunar. Ona görə də insan kapitalının inkişafı ilə bağlı müzakirələr fonunda rezidentura və internatura məsələsi öz  həllini tapmalıdır".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri