Rəşad Məcid: “Hansı müəllifin dilçəyinin də olduğunu gördüm?”
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Ekspo Mərkəzdə keçirilən beynəlxalq sərgidən sonra oxuduğu kitablarla bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, o, ilk olaraq Mürşüd Mehdinin bestseller kimi təqdim olunan “Məktubdakı qadın” kitabını oxuduğunu bildirib.
Detektiv janrında yazılan əsəri bir günə bitirdiyini qeyd edən Rəşad Məcid kitabın asan oxunduğunu və oxucuların detektivə marağının çox olduğunu vurğulayıb.
Yazıçı Orxan Saffarinin 44 günlük Vətən müharibəsindən bəhs edən “404” romanı haqqında da fikirlərini bölüşüb.
Onun sözlərinə görə, romanda müharibə ovqatı, döyüşlərdə iştirak etmək istəyən gənclər, cəmiyyətin şəhid ailələrinə ehtiramı və qazilərə münasibətlə bağlı müəllifin dəqiq müşahidələri diqqət çəkir.
Rəşad Məcid Kəramət Böyükçölün “Müharibə başlamadı” romanını da oxuduğunu bildirib.
O, əsərin dilinin müəllifin əvvəlki yazılarında olduğu kimi axıcı və rahat olduğunu, detektivvari süjetin, hərbi xidmətdə həlak olan gəncin həyat hekayəsinin və sevgi xəttinin maraqlı qənaətlər yaratdığını qeyd edib.
Sərdar Aminin miniatür formatda çap olunan “Yosma” romanı da Rəşad Məcidin oxuduğu əsərlər sırasında olub.
Yazıçı romandakı Zinaida Fyodorovna obrazını sovet cəmiyyətinin simvolu kimi dəyərləndirib.
Onun fikrincə, əsər sovetlər dağılsa da, həmin quruluşun çürümüş mənəvi mirasının bugünkü gənclərin həyatına təsirini göstərir.
O, hansı əsəri bəyənmədiyini və hansı müəllifin yaradıcılığında yalnız dil deyil, “dilçək” də gördüyünü hələlik açıqlamaq istəmədiyini bildirib.
Rəşad Məcid eyni zamanda gənc yazarların əsərlərini oxuyarkən paralel olaraq İlqar Əlfinin tərcüməsində Çingiz Hüseynovun “Doktor N” romanını da mütaliə etdiyini vurğulayıb.
Onun qənaətinə görə, bu roman ağır və sanballı təhkiyəsi ilə digər əsərləri üstələyib.
Orxan
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Noyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















