Rəşad Məmmədov Özbəkistanın Qarabağa dəstəyindən danışdı
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Şəhidlər bağını ziyarət ediblər. Şəhidlərin xatirəsinə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirin rəsmi hissəsində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu diqqətə çatdırıb və şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədov çıxış edib. Səfir nitqində 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixində daşıdığı mənəvi və tarixi əhəmiyyətdən danışıb, Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəyliyi xüsusi vurğulayıb.
Dr. Rəşad Məmmədov Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin göstərdikləri qəhrəmanlıq və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağını, onların Vətən qarşısındakı misilsiz xidmətlərinin gələcək nəsillər üçün daim örnək olacağını bildirib.
Səfir, həmçinin Birinci və İkinci Qarabağ müharibələri dövründə Özbəkistanın Azərbaycana göstərdiyi mənəvi dəstəyi qeyd edib. O, müharibədən sonrakı dövrdə Özbəkistanın Qarabağın bərpasına dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayaraq, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin inşa edilməsini iki qardaş ölkə arasında mövcud olan dostluğun, həmrəyliyin və qarşılıqlı dəstəyin bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirin davamında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Torpağı Sanı Yaşayasan” adlı xatirə filmi nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 25 Sentyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















