Icma.az
close
up
RU
Rəşad Mustafayev: Mediada inklüziv kommunikasiya xüsusi diqqət və məsuliyyət tələb edir

Rəşad Mustafayev: Mediada inklüziv kommunikasiya xüsusi diqqət və məsuliyyət tələb edir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

Bu gün qalib Azərbaycanın inkişaf proseslərinin mühüm xüsusiyyətlərindən biri inklüziv inkişafın təmin edilməsidir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət 5 əsas milli prioritetdən biri kimi müəyyən edilib. Məhz bu prioritet çərçivəsində ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı inklüziv yanaşmaya əsaslanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə mühüm nümunələrdən biri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzidir.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Mediada inklüziv dildən istifadənin təşviqi" ilə bağlı keçirilən seminarda deyib.

Rəşad Mustafayev bildirib ki, Cənubi Qafqazda analoqu olmayan bu mərkəz və onun Bərdə, İsmayıllı filialları əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsində, onların cəmiyyətə inteqrasiyasında və ictimai həyata fəal cəlb olunmasında mühüm rol oynayır: "Nazirlik tərəfindən inklüzivliyin təşviqi istiqamətində kommunikasiya sahəsində də ardıcıl addımlar atılır. Sosial mediada eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün həyata keçirilən “Surdo-İnfo” və “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” layihələri bu istiqamətdə mühüm təşəbbüslərdir. Cari ilin iyul ayından isə ölkəmizdə ilk dəfə olaraq “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti fəaliyyətə başlayıb. Bu xidmət eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müraciətlərinin işarət dilini bilməyən tərəflərə ötürülməsində “virtual körpü” rolunu oynayır".

Nazir müavini vurğulayıb ki, media ictimai rəyin formalaşmasında, mütərəqqi yanaşmaların və etik dəyərlərin təşviqində mühüm təsir gücünə malikdir: "Bununla belə, əlilliklə bağlı mövzularda bəzən köhnəlmiş və stereotipləri gücləndirən terminlərə hələ də rast gəlinir. Bu səbəbdən mediada inklüziv kommunikasiya məsələsi xüsusi diqqət və məsuliyyət tələb edir. Bu gün keçirilən seminar məhz mediada inklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlı biliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələr barədə aydınlıq yaradılmasına xidmət edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri