Rəşad Nəbiyev pakistanlı nazirlə görüşdü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Rəşad Nəbiyev pakistanlı nazirlə görüşdü
21 Noyabr 2024 10:37

