Rəşad Sadıqov: Azərbaycan çempionatının oyunlarında rahat qələbə qazanmaq olmur
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan çempionatında heç bir oyunda rahat qələbə qazanmaq olmur.
Ölkə.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının X turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
"Karvan-Yevlax" çətin rəqiblərindən biri idi. Bizi Şamaxıda necə bir qarşılaşmanın gözlədiyini bilirdik. Birinci hissəni yüksək səviyyədə keçirdik. Lakin rəqib komandanın qapıçısı çox yaxşı qurtarışlarla yadda qaldı. İlk yarıda qapımıza gələn bir zərbə qolla nəticələndi. Fasilədə futbolçulara bildirdim ki, hər şeyi düz edirsiniz və bu formada davam etmək lazımdır. Qarşılaşmada iki dəfə geriyə düşsək də, futbolçularımız nəticədə özlərində güc toplayaraq qələbə qazanmağı bacardılar. Onları təbrik edirəm".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Zirə" oyunu Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 01 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















